Verilənlər Bazasının nüxsə və bərpa etmə planı haqqında
SQL Serverdə Verilənlər bazasının nüsxəsi və həmin nüsxələrdən bərpa etmə planı vacib məsələlərdəndir. O sizin məlumatların maksimum etibarlı saxlanılmasına və minimum itgi ilə məlumatların qorunmasına kömək edir. Sənədləşdirilmiş nüsxə çıxarma və nüsxədən bərpa planı hazırlanmalıdır və bu stateji plan bütün bərpa etmə xətalarına qarşı test edilməlidir. Bu plan iki bölmədən ibarətdir. Bunlar verilənlər bazasının “nüxsə” götürülmə və “bərpa” edilmə bölmələridir. “Nüsxə” bölməsində, onların saxlanılacağı disklər və performans məsələlərini nəzərə alaraq, nüsxələrin çeşitləri və götürülmə sıxlıqları göz önünə alınmalıdır. “Bərpa” bölməsində, şirkətin məlumat itgisi miqdarı və şirkət tərəfindən qəbul edilə bilən kəsinti müddəti göz önünə alınmalıdır. Belə bir strateji plan hazırlayarkən, önəm veriləcək 4 əsas faktor aşağıdakılardır:
- Şirkətin öhdəsindən gələ biləcəyi itirilmiş məlumat miqdarı.
- Şirkət, bərpa etmə prosesi zamanı itirilən vaxtı gözə ala bilməsi.
- Nüsxə fayllarının saxlanılması üçün istifadə olunan disk sahəsinin ölçüsü.
- Bərpa etmə prosesinin mürəkkəbliyi.
Yuxarıdakı faktorların hər biri haqqında şirkət ilə danışıqlardan sonra və bu faktorlar haqqında şirkətin fikirlərini öyrəndikdən sonra artıq siz verilənlər bazası üçün nüxsə götürmə və bərpa etmə planı hazırlaya bilərsiniz.
Nüsxə seçimləri
MS SQL Server-də verilənlər bazasının 3 çeşid nüsxəsini götürə bilərsiniz:
Full Backups – Adından da göründüyü kimi bu nüxsə çeşidi, günlüklər (logs) da daxil olmaq üzərə, Verilənlər Bazasının tam nüxsəsidir. Zamanında bərpa etməyə (Point-İn-Time Recovery) imkan verir, lakin nüxsə götürülməsi zamanı daha çox vaxt sərf olunur və nüxsə fayllarını saxlamaq üçün daha böyük sahələr tələb olunur.
Differential Backups – Fərq nüsxələri adlanan nüsxələr, sonuncu Full Backup fayllarından sonra verilənlər bazasında baş vermiş bütün dəyişiklikləri saxlayan nüsxələrə deyilir. Qısaca desək, bu nüxsələr son backupdan sonrakı dəyişiklikləri nüsxələmək üçün istifadə edilir.
Transaction Log Backups – Full və ya Bulk-Logged (recovery model) bərpa modellərində, Transaction Log Backup-ları yüksək sürətlə götürmək mümkündür. Onlar minimum məlumat itgisinə kömək edir və həmçinin günlük tranzaksiya log-larını təmizləyir.
Nüxsə götürərkən seçdiyiniz çeşid, şirkətin doğru ehtiyaclarını tam qarşılamalıdır. Əks təqdirdə hər hansısa gözlənilməz hadisə zamanı və ya hər hansısa bir məqamlarda carəsiz vəziyətdə qala bilərsiniz.
Həmin məqamlar bunlar ola bilər:
- Siz təyin etməlisiniz ki, sizin Verilənlər Bazanız və onunla əlaqəli işləyən tətbiqləriniz, günün hansı saatlarında daha yüklü işləyir və günün hansı saatlarında da az istifadə olunur. Bunu bilmək, Full Backup götürmək üçün quraşdırdığınız zaman qrafikinin təyin edilməsində sizə üstünlük yaradır.
- Verilənlər Bazasına yazma və yenilə əməliyyatları sıxlığının təyin edilməsi. Əgər Simple Recovery Mode istifadə edirsinizsə, onda Full backup’lar arasında Differential backup’lar quraşdırmalısınız. Full Recovery Mode istifadəsi edirsinizsə və günlük/həftəlik Full backup’lar götürürsünüzsə, onda bu nüxsələr arasında müəyyən bir zaman intervallarında Differential backup’lar götürün. Həmçinin Differential backup’lar arasında da Transactinal Log backup’lar götürün.
- Götürdüyünüz nüsxələri saxlamaq və yararlılıq müddəti keçmiş nüxsələri silmək üçün lazım olan disk sahəsinin həcmini təyin edin. Xatırlatmaq istəyirəm ki, nüsxələrinizi heç vaxt Verilənlər Bazası və ya Tətbiq olan lokal serverlərdə saxlamayın. Çalışın ki, daima xarici bir serverdə və ya qorunan şəbəkə üzərindən qoşula biləcəyiniz anbarlarda (storage) saxlayasınız.
Bütün dünyada SQL Serverin üzrə ən yaxşı strateji plan Full, Differential və Transactional Log backup’ların hamsından nizamlı şəkildə istifadə edərək yaradılmış plandır. Verilənlər Bazasının Full backup’ı, gün ərzidə işin gərgin olmayan saatlarında (during off-peak hours) götürülməlidir. Transactional Log backup’lar gün ərzində hər 1 saatdan bir, hər 30 dəqiqədən bir və yaxud hər 15 dəqiqədən bir götürülə bilər. Differential backup’lar isə gün ərzində hər 1 saatdan bir və yaxud hər günün yarısında götürülə bilər.
Differential backup’lar və Transactional Log backup’lar çox yaxın aralıqlarla götürülərsə, bərpa prosesinin mürəkkəbliliyi azalır. Çünki bərpa prosesində daha faylların sayı və həcmi daha az olur və beləliklə bərpa prosesini daha sürətli icra etmək olur. Bu zaman da şirkətin sistemlərinin dayanma zamanı aşağı salınmış olur və daha tez bərpa edilmiş olur.
Bərpa Modelləri (Recovery Models)
Microsoft SQL Server Verilənlər Bazasında bərpa modelləri, şirkətin tələblərinə uyğun olaraq müxtəlif şəkildə quraşdırıla bilər. Aşağıda, Microsoft SQL Server verilənlər bazasının vəziyyətini planlaşdırarkən nəzərə almanız gərəkən bəzi seçimlər göstərilmişdir. İlk olaraq, SQL Server verilənlər bazası üçün 3 bərpa etmə modeli təqdim edir. Bərpa modeli, verilənlər bazasının nüxsələrinin necə götürülməsini və onun transaction log’larının necə saxlanılmasını və idarə edilməsini təyin edən (database property) verilənlər bazası xüsusiyyətidir.
Bu modellərə aşağıdakılar daxildir:
Simple Recovery Mode – adından da göründüyü kimi, bu ən sadə bərpa modelidir. Transactional Log backup’ların götürülməsinə icazə vermir və bu səbəblədə müəyyən bir zamana geri bərpa etmək imkanı yoxdur.
Full Recovery Mode – bu bərpa modeli, Transactional Log backup’ların götürülməsinə icazə verir və bu səbəblədə verilənlər bazasını zamanın istənilən anına bərpa etmək imkanı sahibdir. Bu bərpa modeli minimum məlumat itgisi (data loss) ilə işləyir və adətən “Producation” verilənlər bazasında bu modeldən istifadə olunur.
Bulk-Logged Recovery Mode – bu model, toplu əməliyyatlar (Bulk Transactions) olan Verilənlər bazasında ən yaxşı bərpa etmə modelidir. Toplu əməliyyat deyərkən hər gecə və ya hər ay dövrü olaraq baş verəcək sinxronizasiya və ya arxivlənmə məqsədli əməliyyatlar nəzərdə tutulur. Full Recovery model, toplu əməliyyatlar (bulk transactions) zamanı Bulk-Logged bərpa modelinə keçirdilə və bu əməliyyatlar bitdikdən sonra yenidən həmin rejimə qaytarıla bilər.
Verilənlər Bazasının nüsxəsinin götürülməsi və bərpa edilmə prosesləri, şirkətin tələblərinə uyğun olaraq xüsusiləşdirilməsi çox önəmlidir. Hər bir şirkət, verilənlərinin miqdarı, göz önünə alına bilən verilənlərin miqdarı və göz önünə alına bilən bərpa etmə zamanı üçün bənzərsiz tələblərə sahibdir. Bunları şirkətiniz üçün müəyyən etmək, uyğun nüsxə götürmə və nüsxədən bərpa etmə strateji planınızı seçmənizə və hərhansı bir əvvəlcədən bilinməyən sistem və ya verilənlər bazası xətasına səbəb olan hallar sırasında hazır olmanıza kömək edəcəkdir. Profesional Nüsxə götürmə və bərpa etmə planı, şirkətin sistemlərinin hər hansısa bir xətalar səbəbindən uzun müddətli dayanmasının, uzun müddətli bərpasının və verilənlərin itgisinin qarşısını alacaqdır.
Problem çıxmadan bərpa planı hazırlamaq üçün tələsin 😉
Sizə uğurlar!
Şərhlər ( 1 )
Əllərinə Salıq abi Təşəkkür