İP ünvan nədir? Cisco Packet Tracer programında sadə şəbəkənin yaradılması
Salamlar,bu məqalə İP ünvanlar haqqındadır.
İP ünvan – kompyuter şəbəkəsində hər hansı bir şəbəkə qovşağına məxsus olan unikal bir ünvandır. Bu termini daha yaxşı başa düşmək üçün onu MAC ünvan ilə müqayisə edək. Həm telefonun, həm kompyuterin və ya digər şəbəkəyə çıxışı olan qurğunun MAC adresi dəyişməz olaraq qalır. Real həyatdan götürsək , MAC ünvan bizim barmaq izlərimizdir , İP ünvanımız isə bizim hal hazırda olduğumuz yerdir.
İP ünvan 4 oktetdən ibarətdir. Oktet dedikdə bir bayt nəzərdə tutulur (8 bit), və beləliklə İP ünvanının tutumu 4 (32 bit) bayt olur.
İP ünvanlar iki versiyaya bölünür.
1. İPv4
2. İPv6
Bu məqalə yalnız İPv4-ü əhatə edəcək. İP ünvanın sinifləri :
Sinif |
İP aralığı |
İlk İP ünvan |
Sonuncu İP ünvan |
A |
0-127 |
0.0.0.0 |
127.255.255.255 |
B |
128-191 |
128.0.0.0 |
191.255.255.255 |
C |
192-223 |
192.0.0.0 |
223.255.255.255 |
D |
224-239 |
224.0.0.0 |
239.255.255.255 |
E |
240-255 |
240.0.0.0 |
255.255.255.255 |
Əsasən biz A , B və C siniflərdən olan ünvanları qurğulara veririk. Əgər bizim şəbəkəmiz çox genişdirsə, o şəbəkəni A sinifinin ünvanlarından istifadə etməklə qurmaq düzgün olar. Bu sinif bizə 126 fərqli şəbəkə və 16,777,214 kompyuterə ip verməyi imkanını verir (host sayı). Əgər bizim şəbəkəmiz ortadırsa , B sinifdən istifadə etmək məqsədə uyğun olar. A sinifindən fərqli olaraq, burada biz 16,384 fərqli şəbəkə və 65,534 host sayı(hər şəbəkədə) yarada bilərik. Ən kiçik sinif isə C sinifidir. Əgər cmd-yə daxil olub “ipconfig” komandasını icra etsək, öz ip ünvanımızı öyrənmiş olarıq.
İP ünvan strukturu
İP ünvan iki hissədən ibarət olur
- 1. Şəbəkə nömrəsi ( Network ID)
- 2. Qovşaq nömrəsi (Host ID)
Misal üçün 192.168.1.102 ünvanın götürək. Burada bizim şəbəkə nömrəmiz 192.168.1 , qovşaq nömrəmiz isə .102 dir. Lakin , sual yarana bilər ki necə ? Şəbəkə və ya qovşaq nömrəmizi bilmək üçün subnet maskdan istifadə olunur. Deməli subnet mask bizə hansı şəbəkədə olduğumuzu göstərir. Bizim misalda subnet mask 255.255.255.0 – a bərabərdir.
Daha dərin bilmək üçün 192.168.1.102 ünvanını ikilik say sitemində yazaq.
İP ünvan 11000000. 10101000. 00000001. 01100110
Subnet mask 11111111. 11111111. 11111111. 00000000
Hansı şəbəkədə olduğumuzu bilmək üçün məntiqi operatordan &-dən istifadə etməliyik. & operator “VƏ” əməliyyatını bitlər üzərində aparır. “VƏ” operatorunun aşağıda misalları göstərilib.
İcra olunan əməliyyat |
Nəticə |
1 & 1 |
1 |
1 & 0 |
0 |
0 & 1 |
0 |
0 & 0 |
0 |
Bu opertoru misalımıza tətbiq edək. İP ünvan və subnet mask üzərində “VƏ” əməliyyatını icra edək.
İP ünvan 11000000. 10101000. 00000001. 01100110
Subnet mask 11111111. 11111111. 11111111. 00000000
Şəbəkəmiz 11000000. 10101000. 00000001. 00000000
Beləliklə bizim şəbəkəmiz 192.168.1 olur. Bələ məsələrdə ikilik say sisteminə və əksinə,onluq say sisteminə çevirməyi bacarmaq lazımdır.
Şəxsi və İctimai İP ünvanlar
Lokal şəbəkədə şəxsi(private) ünvanlardan istifadə olunur. Bu ünvanlar A, B və C sinifinə məxsus ola bilərlər.
Sinif |
Şəbəkə |
Subnet mask |
Ünvan aralığı |
A |
10.0.0.0 |
255.0.0.0 |
10.0.0.0 – 10.255.255.255 |
B |
172.16.0.0-172.31.0.0 |
255.240.0.0 |
172.16.0.0 – 172.31.255.255 |
C |
192.168.0.0 |
255.255.0.0 |
192.168.0.0 – 192.168.255.255 |
İctimai (public) ünvan bizə internetə çıxmaq üçün lazımdır. Bizim ictimai ünvanımız provayder tərəfindən verilmiş bir ünvandır.
Cisco Packet Tracer-də bir şəbəkə quraq. Bunun üçün “End Devices” bölməsindən 2 kompyuteri şəkildəki kimi yerləşdirək.
Şək.1. Kompyuterlərin yerləşdirilməsi
Daha sonra aralarına “Network Devices” bölməsindən Switch 2960 modelini şəkildəki kimi yerləşdirək.
Şək.2. Switch-in yerləşdirilməsi
Bu əməliyyatları icra etdikdən sonra , “Connection” bölməsindən (Şək.3) “Copper-Straight-Through” (Şək.4) kabelini seçək və PC0 kompyuterini FastEthernet0 portu ilə Switch-in hər hansı bir FastEthernet portuna daxil edək (Şək.5). Eyni əməliyyatları PC1 kompyuterinə tətbiq edək.
Şək.3. Kabelin seçimi
Şək.4. Kompyuterdə portun seçimi
Şək.5. Switch-də portun seçimi
Şək.6. Şəbəkəmiz
Yuxardakı şəkildə göründüyü kimi, Mən , switch-in Fa0/1 və Fa0/2 portundan istifadə etmişəm. Bunu etdikdən sonra iki kompyuterə İP vərək. Bunun üçün :
- 1. PC0 üzərinə mouse ilə klikləyib daxil oluruq. (Şək.7)
- 2. Açılan pəncərədə “Desktop” bölməsini seçirik.(Şək.8)
- 3. Daha sonra “İP configuration” bölməsini.(Şək.9)
- 4. Yeni pəncərədə “İP address” xanasına 192.168.1.101 yazıb “Tab” düyməsinə basırıq.(Şək.10)
- 5. Əmin oluruq ki , “Subnet mask” xanasında 255.255.255.0 yazılıb. (Əks hallda özümüz daxil edirik. )
İkinci kompyuterə İP vermək üçün 1-3 addımlarını təkrarlayaq. 4- cü addımda “İP address” xanasına 192.168.1.102 yazaq və 5-ci addımı təkrarlayaq (Şək.11).
Şək.7. PC0 pəncərəsi
Şək.8. Desktop pəncərəsi
Şək.9. İP konfigurasiya pəncərəsi
Şək.10. Kompyuterə statik İP vermə əməliyyatı
Şək.11. PC1 kompyuterinin İP konfigurasiyası
İki kompyuter arasında olan şəbəkəmiz hazırdır. Bunu yoxlamaq üçün şəkil PC0-a daxil olub “Desktop” pəncərəsindən “Command Prompt” bölməsini seçirik(Şək.12). Açılan pəncərədə “ping 192.168.1.102” yazırıq.
Şək.12. PC1 ilə PC0 əlaqə olduğunu görürük
Biz PC0 üçün 192.168.1.101 və PC1 üçün isə 192.168.1.102 ünvanlarından və hər ikisi üçün 255.255.255.0 maskından istifadə etmişik. Bu da o deməkdirki, onların şəbəkə nömrəsi 192.168.1 – dir. Əgər hər hansı bir kompyuterdə şəbəkəni dəyişsək(192.168.1 dən fərqli şəbəkə versək) onlar bir birləri ilə təmas qurmayacaqlar.