Windows Server 2016 : HA | Failover Clustering -4

Xoş gördük,

Bu mövzumuzda Failover Clustering xidmətinin qurulumunu və  sazlanmasını həyata keçirəcəyik.
Bildiyimiz kimi  qurulum və nəzarət baxımından Failover Clustering xidməti  daha çox diqqət tələb edən məhsullardan biridir. Gələcəkdə infrastrukturda çətinliklər yaşanmasın deyə qurulum öncəsi aşağıda qeyd olunmuş müəyyən tələbləri diqqət mərkəzində saxlamaq məqsədə uyğundur.

a) Failover Clustering mühitinin əsasını təşkil edən qurğuların rəsmi olaraq dəstəkləndiyini təyin etmək. Normal hallarda bütün yeni avadanlıqlar Windows  Server ƏS sistmləri üçün sertifikatlaşıdırılır. İstifadəyə yararlı lakin köhnəlmiş avadanlıqlarla bağlı problemlərin yaşanması mümkündür. Əsasəndə Storage və Server qurğularında bunlar diqqətə alınmalıdır. Bunun üçün   www.windowsservercatalog.com  saytı üzərindən avadanlıqların Microsoftun rəsmi tələblərini qarşılayıb-qarşılamadığını təyin edə bilərik.

b) Qurğuların bütün son sabit yeniləmələri (update, upgrade)  həyata keçirilməlidir. Eynilədə HBA, NİC-lər və s. üçün son sabit Firmware, Bios və s. kimi bütün yeniləmələr icra olunmalıdır.

c) Windows Server 2016 ƏS-i tərəfindən sabit yeniləmələrin tamalanması ( Əsasəndə S2D tərəfində ciddi təkmilləşdirmlər yayımlanır). 
d) Node-lar üzərinə Antivirus yükləndiyi təqdirdə  Microsoft Anti-Virus Exclusion List-lər və Antivirus firmaları tərəfindən tövsiyə olunan doğru həllərin tətbiqi kimi məsələr də diqqət mərkəzində saxlanılmalıdır.

e) Firewalların doğru şəkildə tənzimlənməsi (İSCSİ, HB və s. üçün)
Digər tərəfdən Virtual mühitlər üçün Serverlərin yük həcminin düzgün hesablanması, imkanlarımız daxilində  maksimum səviyyədə Nodların əsasəndə HBA/NİC-lərin  (MPİO/Teaming) eyni model olmasına, Active Directory tərəfində Cluster mühitinin ayrı OU-da tutulmasına, GPO-ların tətbiqi  kimi məsələlərədə diqqət yetirilməlidir.
Bu sıralamanı uzatmaq mümkündür. Qısa olaraq arxitekutranız nə qədər sağlam olarsa sisteminizin də o qədər sağlam çalışacağına əmin ola bilərsiniz.

Öncəki mövzularımızdan tamamladığımız bəzi əməliyyatları gözdən keçirək.

1. Active Directory qurulumunu gerçəkləşdirdik (Mövzular daxilində yer almayıb. Qurulum Server 2012 ilə eynıilik təşkil edir. Qurulum üçün Portal üzərindəki məqalələrdən və yaxud e-kitabdan yararlana bilərsiniz: Windows Server 2012 R2: Active Directory E-Kitab)

2. Nodlar üzərində şəbəkə kartlarını sazladıq və Nodları domainə daxil etdik.

3. İSCSİ-T Serverin qurulumunu gerçəkləşdirdik.

4. İSCSİ-T Server üzərindən Cluster mühiti üçün ehtiyac olan LUN-ları yaradaraq Nodlara yönləndirdik.

Nodlar üzərindəki digər addımları incələyək.

Öncəliklə Nodlar üzərində İSCSİ  Initiator-larla bağlı əməliyyatları  yekunlaşdıraq. Aşağıdakı addımlar hər iki Node üzərində icra olunmalıdır.

1. Öncəliklə İSCSİ  Initiatoru aktivləşdirək.

2. Bu bölmədə YES deyərək davam etməliyik ki, Server sistemi açılan zaman Microsoft İSCSİ servisi avtomatik olaraq aktivləşsin. Digər yöntəm : Servislər bölməsindən avtomatik moda çəkilə bilər.

3. Sürətli şəkildə bağlantını təmin etmək üçün bir başa Targets bölməsindən İSCSİ-Target Server in ip adresini daxil edərək Quick Connect düyməsini sıxırıq. Əgər İSCSİ-Target Server üzərində LUN-ların tənzimlənməsində və serverlərə tanıdılmasında hər hansı bir səhvə yol verilibsə, sağ tərəfdə Discovered targets bölməsində heç bir informasiya görünməyəcək.

4. Əlavə olaraq diqqətinizə çatdırım ki, Connect düyməsi altında iki əsəs bölmə var. Birinci bölmə bağlantını Favorite Targets bölməsinə əlavə edir və bağlantı zamanı mütləq işarələnməlidir ki, restart zamanı açılışda avtomatik bağlantı təmin olunusun. Digəri isə İSCSİ Storage-ə bir neçə şəbəkə kartı üzərindən bağlandığınz zaman aktivləşdirilməlidir (Öncə MPİO xidməti bütün Nodlarda yüklənib aktivləşdirilməlidir).

 

5. Artıq İSCSİ Target Serverə bağlandığımız üçün Nodlar üzərinə disklərin gəldiyini görəcəyik (Yeni Disklər görünməzsə Disk Management – Action-Rescan Disks düyəmsinə sıxmalıyıq).

6. Bu addım önəmli addımlardan birdir. Bu əməliyyat ancaq və ancaq bir Node üzərində icra olunmalıdır. Burada isə hər iki diskin aktivləşdirlməsini yekunlaşdırırıq.

7. Altıncı addımın davamı olaraq eynilə hazırda durduğunuz həmin Node üzərindən disklərin formatını gerçəkləşdiririk (disklərin format mərhələsi göstərilməyib). Format zamanı Quorum diskinə hər hansı bir hərf əlavə etmənizə gərək yoxdur. Və digər Node üzərində disklərlə bağlı heç bir format və s. əməliyyatlar aparılmamalıdır.

Bu əməliyyatlarıda tamamladığımız üçün. Artıq  Failover Clustering xidmətinin qurulumuna keçid edə bilərik.

Failover Clustering – Sazlanması : 

1. Hər iki Node üzərində Failover Clustering xidmətini aktivləşdiririk. Nextlər və Finish.

2. Qurulum tamamlandıqdan sonra Server Manager – Tools – Failover Cluster Manager bölməsinə daxil olaraq, sağ tərəfdə yer alan Validate Configuration düyməsini sıxıb hazırladığımız infrastrukturun Failover Cluster mühiti üçün uyğun olub-olmadığını gözdən keçirəcəyik.

Validate a Configuration Wizard : Server 2008 vasitəsilə Failover Clustering-ə qazandırılmış bu funksionallıq İT Pro-lar üçün gözlənilməyən müdhiş dəyişiklik idi. Windows Server 2003 üzərindəki Clustering limitlər bir tərəfə, problemlər zamanı analiz üçün ciddi çətinliklər mövcud idi. Bu sehirbaz vasitəsilə işlərimiz bir xeyli bəsitləşdirlib. Cluster mühiti qurulan zaman, dəyişkiliklər, yeniləmələr, nasazlıq  və s. yaşanan zaman bu sehirbaz vasitəsilə  Nodları analiz edərək problemlərin daha tez şəkildə həllinə nail ola bilərik. Bu sehirbazı nə zaman çalışdırmalıyıq ?

– İlkin qurulum zamanı,
– Yeni Node əlavə edən zaman
– Yeni storage əlavə edən zaman
– Firmware və yaxud sürücülər yenilən zaman
– Nasazlıq baş verdikdə
– Backupdan geri dönüş zamanı
– Virtuallaşdırma, Update, hotfix, NIC/HBA dəyişiklikləri və s.

Bir sözlə bənzəri  hallarda bu funksionallıqdan yararlanmalıyıq. Əgər  real bir Failover Cluster mühitiniz varsa, Storage testləri  gerçəkləşdirərkən diqqətli olmağınız tövsiyə olunur. Və yaxud  sistemlərin sınağı zamanı Validating Disk Arbitration, Disk Failover, Multiple Arbitration, SCSI-3 Persistent Reservation,  Simultaneous Failover kimi bölmələr  sehirbaz çalışdırlan zaman passiv hala gətirilməlidir. Əks təqdirdə xidmət kəsintilərinə  səbəb ola bilərsiniz.

3. Browse vasitəsilə mövcud Nodları seçərək davam edirik.

5. Nodlar seçilən zaman bu bölmədə problem yaşanarsa, şəbəkə-firewall, DC bağlantılarının gözdən keçirilməsi məqsədə uyğun olacaq.

6. Yeni qurulum olduğu üçün Nodların tələb olunan bütün testlərdən keçməsi məqsədəuyğundur. Run all test seçərək davam edirik.

7. Next

8. Testlərin tamamlanmasını gözləyirik.

9. Nəticələri analiz edirik.  Failover Cluster mühitinin qurulması üçün analiz olunmasına ehtiyac olan resurslar haqqında informasiyanı Reportdan dolğun şəkildə əldə edə bilərsiniz.

10. Anlazilərdən üzü ağ çıxdığmıza görə 🙂 növbəti addıma keçə bilərik. Əgər ki burda hər hansı bir problem müəyyən olunarsa, həmin problemi həll etdikdən sonra sehirbazın yenidən çalışdırılması məqsədə uyğundur. Create the cluster now using the validated nodes – bölməsini seçərək Finish düyməsi ilə növbəti addıma keçid edirik.


Failover Cluster İdarəetmə mərkəzinin yaradılması :

11. Bu addımda Clusteri idarə etmək üçün uyğun ad və ip adersi daxil edirik. Bu bölmədə daxil olunan məlumatlar unikal olmalıdır. Belə təssəvür edə bilərik ki, domainə yeni komputer üzv edirik.

12. Add all eligible storage to the cluster -bölməsini seçərək davam edirik. Bu o anlama gəlirki öncədən hazırladığımız disklər avtomatik olaraq Cluster mühitinə daxil olunacaq və tənzimlənəcək.

13. Finish – Sağ tərəfdə eyni zamanda Clusterin idarəetmə ipsinin pingləndiyini görürürk.

14. Failover Clusterin idaretmə panelinə daxil olduqdan sonra Cluster Core Resources bölməsinə diqqət edirik. Hər şey qaydasındadır 🙂

15. Active Directory tərəfdə yeni WSFCMAN adında obyektin yarandığını təsdiqləyirik. Burda bəzən bilinən bir problemlə rastlaşa bilərsiniz (Növbəti məqalədə izah olunacaq).

16. Disklərin qaydasında olduğunu və tənzilmənidiyini görürük.

17. Nodlar üzərində disklərin vəziyyətini analiz etdiyimiz zaman artıq hər iki diskin Failover Cluster tərəfindən rezervasiya olunduğunu görə bilərik.  Hal-hazırda əsas sahiblik Node 2 üzərindədir.

 

Və Failover Cluster mühitimiz xidmətə hazırdır :). Əgər hər hansı bir sual yaranarsa yazmağı unutmayın.

Ardı var…

Uğurlar

 

Səs: +60. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Təşəkkürlər.. Ardını səbrsizliklə gözləyirik.

  2. Hocam gözəl məqalədir. zehninizə sağlıq.

Şərh yazın