Linux fayl ierarxiyasında /dev və /sys kataloqları

Salam cənabül-linuxsoidlər. Sualım linuxla işləyən “aytişnik”lərədi. Özümdə bəzi şeyləri düz anladığımı dəqiqləşdirmək istəyirəm.
Linux fayl ierarxiyasında /DEV və /SYS kataloqları var. Mən belə anladım ki, /dev kataloqunda yerləşən fayllara müraciət edib konfiq etmək olur. Məsələn : fdisk /dev/sdb
/Sys kataloqu isə sadəcə kerneldən qurğular haqqında informasiyanı dartır.
Sualım budur ki, düz anlamışam məntiqi ? Və yaxud başqa hansısa fərqləri var mı ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 937 dəfə

Cavab yazın