System Center Configuration Manager (SCCM ) 1-ci hissə: qurulum

Salamlar hərkəsə,  yeni bir məqalələr silsiləsinə başlayırıq. Məqələlər silsiləsinin birinci hissəsində biz System Center Configuration Manager (SCCM) qurulumu yerinə yetirəcəyik, daha sonrakı məqələlər ardıcıl olaraq bir-birini izləyəcək, ilk olaraq SCCM qurulumu, daha sonra isə müxtəlif özəllikləri, onların tənzimlənməsi və istifadəsi haqqında danışacağıq. System Center ailəsinin məhsulları müxtəlifdir, Bu məqalədə SCCM  və qurulumu haqqında danışmağa çalışacağam. SCCM -istifadəçi sayı kifayət qədər olan enterprise mühitində istifadəçi tərəfindəki avadanlıqların (komputer,  mobil telefon ) mərkəzi bir nöqtədən idarəsi üçün nəzərdə tutulan bir məhsuldur. SCCM -in arxitekturasına baxdığımız zaman isə eynilə Windows Server məhsullarında olduğu kimi role əsaslı işləyən bir məhsuldur, yəni müxtəlif özəlliklər üçün uyğun role-ları qurub tənzimləmək lazımdır. Eyni zamanda  SCCM site strukuruna malikdir və burada 3 növ site ola bilər :

  • Central Administration Site (CAS)
  • Primary Site
  • Secondary Site

Central Administration SiteSecondary Site  qurulum zamanı məcburi olmayan site-lardır ,lakin Primary Site qurulum zamanı məcburi olaraq qurulur, sadəcə bir server-dən ibarət bir struktur quracağıqsa o zaman  qurdumuz SCCM server Primary Site Server adlanır eyni zamanda bu site  standalone olacaq yeni heç bir Central Administration Site Server-ə qoşulu və ya ondan asılı olmayacaq . Qurulum zamanı ilk olaraq bizim nəyə ehtiyacımızın olub olmadığı müəyyən edilməlidir,  məsələn, nə qədər istifadəçi idarə edəcəyimiz , fərqli uzaq nöqtələrin ( bölgə)  olub olmamağı , bu yerlərdə program yüklənməsi və ya digər işlər həyata keçirilib keçirilməyəcəyi kimi  nüasları göz önündə saxlamalıyıq. Central Administration Site  (CAS) birdən çox site olan strukturlarda reporting üçün istifadə edilir, istifadəçi idarəsi mümkün deyil, site-lar arasında database replikasiyalarına nəzarət edə və report ala bilərsiniz. Primary Site  əvvəl də dediyimiz kimi quracağımız strukturda mövcudluğu zəruridir, istifadəçi cihazlarının idarəsi bir başa burdan həyata kçirilir, SQL  Server  Database -ə ehtiyac vardır. Secondary Site  fərqli bölgələrimiz var isə strukturmuzda o zamanı istifadə edəcəyimiz bir seçimdir, amma bu da həqiqiətdir ki əvvəl də bəhs etdik ki, SCCM role əsaslıdır , yəni müxtəlif fuksionallıqlar üçün müəyyən role-lar qurulub tənzimlənməlidir, fərqli bir bölgədəki istifadəçilərə hər hansı bir program yükləməsi həyata keçirəcəyiksə bunu həmin  yerdə Distribution Point role-unu quraraq da edə bilərik , sadəcə  şəbəkəni yormamaq üçün Secondary Site qurmağımız bu işdə bizə müəyyən qədər köməklik edəcəkdir . Role demişkən onu da qeyd edək ki daha kiçik müəssisəsələrdə bir primary server üzərində bütün role-lardan istifadə edilir , lakin tövsiyyə olunan və performans baxımından əlverişli olan paylanmış bir strukturdur, fəqrli serverlər üzərində role-ları paylamaq.

Mənim məqalə müddətində quracağım və istifadə edəcəyim struktur Domain Controller, bir Primary Site Server ,bir Sql Server Database serverdən ibarətdir. İlk öncə database Server-in qurulumu və tənzimləmələrinə baxacağıq. SCCM Database Server (SQL Server 2014)  olaraq qurulacaq  Sql  Server  üçün gərəkli  özəlliklər aşağıdakılardır:

SQL Server Instance üçün uyğun ad müəyyən edirik , default -da saxlamaq olar:

 

Service hesablarını müəyyən edirik, mən SQL Server üçün daha öncədən Active Directory üzərində yaratdığım istifadəçini istifadə edəcəyəm:

 

 

SQL Server üzərində inzibatçı hüquqlu istifadəçiləri, database fayllarının saxlanılacağı yerləri müəyyən edərək davam edirik:

 

 

Reporting Services üçün uyğun tənzimləməni seçərək davam edirik:

 

Install deyərək qurulumu başladırıq:

Qurulum müvəffəqiyyətlə tamamlandı:

 

Daha sonra  SQL Server Configuration Manager-i açaraq bir neçə tənzimləmə etməyimiz gərəkdir. Default olaraq SQL Server-in dinlədiyi port dinamik olaraq müəyyən edilir ,  bu bizim SQL ServerSCCM Server -i eyni serverdə qurduğumuz zaman bir məna kəsb eləmir, lakin fərqli-fərqli serverlər üəzrində qurulum həyata keçirdiyimiz zaman , biz SQL Server-in standart dinlədiyi portu tənzimləməliyik.  Bunu üçün aşağıdakı ardıcıllığı izləməliyik:

 

TCP Dynamic Port hissəsindəki  0-ları silirik  və TCP Port hissəsində 1433 qeyd edirik:

 

Apply dediyimiz zaman SQL Server servisini yenidən başlatmalı olduğumuzu görürük və servisi yenidən başladırıq:

 

 

Eyni zamanda uyğun portu firewall üzərində də açmalıyıq (1433,4022) , bununla da SQL Server tərəfdə işimiz yekunlaşır və server-i yenidən başladırıq. İndi keçək SCCM-i quracağımız server üzərindəki sazlamalara və quruluma. Bunun üçün əvvəlcə ADDC üzərində ADSIedit vasitəsilə yeni bir “System Management” adlı container yaradacağıq və SCCM-i quracağımız server üçün həmin container daxilində obyektlər yaratmaq üçün hüquq verəcəyik, ardıcıl olaraq aşağıdakı mərhələləri yerinə yetiririk:

 

SYSTEM container-i daxilində yeni bir container yaradırıq:

 

Yaratdığımız container-a “System Management” adı veririk:

 

gördüyümüz kimi “System Management” adında yeni bir container yaratdıq:

 

İndi isə SCCM quracağımız server-a bu container-da yeni obyeklər yaratmaq üçün hüquq verək:

add deyərək SCCM-i quracağımız server-in computer obyektini əlavə edirik:

Create a custom task to delegate seçərək davam edirik:

olduğu kimi saxlayırıq:

aşağıdakı seçimləri edərək davam edirik:

Finish deyərək prosesi tamamlayırık:

Növbəti mərhələ olaraq biz Active Directory Schema-sını genişləndirməliyik , bunun üçün ADDC server-də SCCM qurulum diski daxilindəki /SMSSETUP/BIN/X64/ qovluğundakı extadsch.exe faylını  inzibatçı hüquqları ilə işə salmaq lazımdır:

prosesin nəticəsi barədə məlumatı daha sonra C diski daxilindəki ExtADSch.txt faylını açaraq əldə edə bilərik:

gördüyümüz kimi Schema müvəffəqiyyətlə genişləndirildi:

İndi isə biz SCCM üçün gərəkli olan program təminatlarını və özəllikləri quraşdıracağıq ilk olaraq Windows Assessment and Deployment Toolkit 10 ilə başlayırıq,  linkdən istifadə edərək endirib yükləyə bilərsiniz. Endirəcəyimiz faylın həcmi azdır, lakin qurulum sırasında  lazım olan özəllikləri seçərək qurduğumuz zaman həcm artır, ona görə də qurulum zamanı internet əlaqəsi lazımdır. İstəsək əvvəlcədən bütün özəllikləri internet olan bir komputerdə endirib  sonra offline olaraq bu serverdə qura  bilərik:

 

Mən elə ikinci üsuldan istifadə etmişəm,  adksetup.exe faylını işə salırıq:

 

 

 

SCCM  üçün lazımi özəllikləri seçib davam edirik:

Qurulum müvəffəqiyyətlə tamamlandı:

Indi isə keçirik  gərəkli Role və Feature-ların qurulumuna. Aşağıdakı Role və Feature-ları qurmalıyıq :

  •  Remote Differential Compression
  •  BITS  [Alt özəliklərlə birlikdə]
  •  .Net Framework 4.5 Features [Alt özəliklərlə birlikdə]
  • .Net Framework 3.5 Features [Alt özəliklərlə birlikdə]
  • Common HTTP Features – Default Document, Static Content.
  • Application Development – ASP.NET 3.5, .NET Extensibility 3.5, ASP.NET 4.5, .NET Extensibility 4.5, ISAPI extensions.
  • Security – Windows Authentication.
  • IIS 6 Management Compatibility – IIS Management Console, IIS 6 Metabase Compatibility, IIS 6 WMI Compatibility, IIS Management Scripts and Tools.

 

 

 

 

 

 

 

 

 

 

 

Eyni zmanada bütün bu əməliyyatları  ConfigMgr Prerequisites Tool -aləti vasitəsilə də qurub tənzimləyə bilərik, link-dən istifadə edərək həmin aləti yükləyib istifadə edə bilərsiniz:

Qurulum tamamlandıqdan sonra server-i yenidən başladırıq və keçirik SCCM qurulumuna (qeyd olaraq demək istəyirəm ki SCCM sever-in computer hesabı database server üzərində local inzibatçı hüquqlarına malik olmalıdır):

 

Install deyərək  SCCM Setup Wizard-ı işə salırıq:

Heç bir site server-imiz  və strukturumuzda CAS olmayacağı üçün Install a Configuration Manager primary site seçərək davam edirik:

Yoxlama müddətini seçərək davam edirik:

 

Lisenziya razılaşmalarını qəbul edərək davam edirik:

 

 

Qurulum zamanı gərəkli olan fayllar vardır və bu fayllar  internet əlaqəsi varsa  yüklənməlidir, yox əgər internet əlaqəsi yoxdursa həmin faylları qurulum diski daxilindəki (SMSSETUP/BIN/X64/) setupdl.exe faylını işə salaraq internet əlaqəsi olan hər hansı bir komputerdə endirib saxlaya bilərsiniz və daha sonra qurulum zamanı yuxarıdakı ikinci seçimdən istifadə edərək həmin  faylların olduğu qovluğu göstərərək quruluma davam edə bilərsiniz:

mən də həmin üsuldan istifadə etmişəm:

faylların tamlığı doğrulanır:

ClientServer program təminatları üçün dil seçimini edərək davam edirik:

 

Quracağımız primary site üçün  3 simvoldan ibarət site kodu və uyğun olaraq ad müəyyən edirik:

 

 

Yuxarıda CAS-ın olmayacağını qeyd etmişdik bu halda Primary Sitestandalone olaraq quracağıq:

 

Uyğun olaraq Database Server-in FQDN-i və Instance adını yazıb davam edirik:

 

Database fayllarının saxlanılacağı yerləri görürük:

SMS Providerconfiguration consolusite database arasında əlaqəni təmin edən interface-dir:

 

 

Client-lərlə əlaqənin HTTP və ya HTTPS üzərindən olub-olmayacağını müəyyən edirik (HTTPS üçün PKI qurmalıyıq):

Management Point – hər primary və ya standalone site-da mövcud olması gərəkən bir role -dur.  Client-lər ilə əlaqə və politikaları təmin edir, eyni zamanda tənzimləmə məlumatlarını ,vəziyyət mesajlarını toplayar.

Distribution Point – client-lərin yükləyəcəyi qaynaq faylları ( əməliyyat sistemi qurulumu, yeniləmələr , hər hansı program  və s.) üzərində saxlayan  role-dur . Üzərində saxladığı content-in paylanması funksiyasını yerinə yetirir.

 

 

 

Service Connection Point – bu role əvvəlki versiyalardaki Windows Intune Connector (mobile qurğu idarəsi) yerini alır, eyni zamanda SCCM üçün yeniləmələrin yüklənib  qurulması kimi funksiyaları yerinə yetirir:

 

 

 

İndi isə quruluma keçməzdən əvvəl bütün gərəkli tənzimləmələrin uyğun olub- olmamağı yoxlanılır, ciddi bir xəta və ya problem olmadığı üçün Begin Install deyərək qurulumu başladırıq:

 

 

Qurulum müvəffəqiyyətlə tamamlandı:

Start>Configuration Manager Console ardıcıllığınlı izləyərək Configuration Manager Console-u işə salırıq:

 

 

Məqalənin birinci hissəsini burda bitirirəm , gələn məqalələrdə SCCM  haqqında daha ətraflı danışacağıq. Yararlı olması diləyilə.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Ramil Məmmədov

Şərhlər ( 6 )

  1. ikinci hissəsi nə vaxt olacaq?

  2. Meqaləni oxuduğunuz üçün təşəkkürlər, tezliklə 2-ci hissə də olacaq.

    Uğurlar…

  3. 2-ci hisseni sebrsizlikle gozleyirem..

  4. Ramil bəy əla məqalədir.Çox sağolun.2ci hissə nə zaman olacaq?

  5. Salam.Çox sağolun gözəl məqalədir.Bir söz  soruşum Sql 2016 Express de qurmaq olar Sql Server 2014 əvəzinə?

  6. Salam Fərid bəy, ilk olaraq sual verdiyiniz üçün sizə təşəkkür edirəm. SCCM verilənlər bazası olaraq sadəcə SQL server Standard və Enterprise versiyalarını dəstəkləyir. Express dəstəklənmir.

Şərh yazın