Notice Fans Page – Facebook Phishing Attack – Ehtiyyatlı olun

Salam TechNet.Az izləyiciləri.

Uzun aradan sonra ilk yazımı paylaşacam. Bu gün idarəçisi olduğum Facebook səhifələrindən birində qəribə notification aldım.

Bu primitiv metodla insanların diqqətsizliyindən istifadə edib istifadəçilərin məlumatlarını ələ keçirdə, bilgisayarlarına ziyan vura bilərlər.

Bu mundar niyyətli adam(lar) hər kimdirsə, Facebook-da Notice Fan Page adlı səhifə açıb(lar). Logo hissəsinə Facebookun ikonunu yerləşdiriblər.

  1. Səhifəmizdə paylaşılan xəbərlərdən birini Notice Fan Page paylaşıb(share) edib. Mən admin olduğum üçün aşağıdakı notificationu aldım. Vizual olaraq Facebook iconu, səhifənin adının qalın olması, admini olduğum səhifənin adın qalın olması və cümlənin sonunda “NOTİFİCATİON Your page has been…” oxudum heç SHARED hissəsinə fikir vermədim. Üzərinə kliklədim.1
  2. Mətndə işarələnmiş hissələri oxuyanda adamı vahimə basır və bir anlıq düşünürsən ki, “aman Allah, səhifə əldən getdi…” Belə ki, deyir ki, “sizin bu paylaşımınızı başqaları şikayət edib. Səhifəniz bağalanacaq. Zəhmət olmazsa, e-mail ünvanınızı yoxlayın və səhifənin sizin olduğunu isbat edin və bizə kömək edin ki, bla bla bla…”
    Sonra yazır ki, “24 saata məsələni həll eləməsən səhifən bağlacaq…” Permalink Keçidə klikləyirəm…
    2
     
  3. Notice Fans Page səhifəsində paylaşılmış xəbərə bir başa keçidə kliklədiyimizə görə bizə bu xəbəri göstərir ən üstdə. Müraciətə bax e… DEAR CUSTOMER 😀 (Nə vaxtdan müştəri olduq onu anlamadım)
    Dəxli olmayan absurd və gic-gic söz yığının sonra deyir ki, aşağıdakı linklə kliklə. Bu link də 99.9999999995% ziyan vermək üçün nəzərdə tutulmuş linkdir.  “and cancel the account is disabled – google translate ilə qurulub bu cümlə :D”
    Qısaldılmış keçidlərdən istifadə edərək əsl məqsədlərini gizlədə bilirlər hücum edənlər. Səhifəyə yönlənidirmə də saniyə içində olduğu üçün bəzən fərqinə varanda artıq iş-işdən keçmiş olur.

    3

Həmən səhifəni scroll etdikdə, başqa Azərbaycan dilində olan səhifələrə də eyni şeyin göndərildiyini gördüm. Aralarından bəzilərinin şəkillərini paylaşıram. Belə başa düşdüm ki, onlarla bəlkə də yüzlərlə səhifəyə göndərilib. 90% Azərbaycan dilli səhifələr olduğu anlaşılır. Hər kimdir(lər)sə bu şərəfsiz(lər)dən özünüzü və yaxınlarınızı qoruyun.

 

 

suarovski

 

moon

cinici

bouqet

azturkalman

Xəbəri paylaşmanızda mütləq fayda var.

 

Hörmətlə

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın