OpenFiler’in quraşdırılması
Salamlar.
Bir neçə gündür NFS, Samba/CIFS, ISCSI target&initiator haqqında oxuyub müəyyən araşdırmalar edirəm. Qısa şəkildə desək, NFS və SAMBA/CIFS – uzaq serverdə(remote machine) yerləşən faylları oz lokal maşınımıza görməyə imkan verən texnologiyadır (buna bəzən file-based shared termini deyilir) . İSCSİ isə bizə uzaq serverdə yerləşən yaddaş massivinin bloklarını lokal sistemdə mount edib görməyə imkan verən texnologiyadır(buna isə block-based shared termini deyilir). NFS serverin linuxda quraşdırılması haqqında buradan oxuya bilərsiniz. Təbii ki biz bütun bu texnologiyaları linuxda shell interfeysi üzərindən fayllarla işləyərək edirik. Bu üsul bəzən bəzilərimiz üçün yorucu ola bilər. Daha sonra bu sahə üzrə bir mütəxəssisə mövzu ilə əlaqadar sual verdim, O mənə bu həlləri bizə təqdim edən açıq qaynaqlı texnologiya olduğunu dedi. Sözü gedən texnologiya Open source Openfiler Storage management texnologiyasıdır. Hansı ki, yuxarıda adı çəkilən bir çox texnologiyaları bizə veb üzərində rahatlıqla idarə etməyə imkan verir. Həmçinin Cluster yaratmaq imkanı, FTP server, disk və ya fayllara quotalar(limitlər) tətbiq etmək imkanı və s. kimi həllər təqdim edir. Məndə öz növbəmdə bu texnologiyanı araşdırmaq qərarına gəldim.Və aşağıdakı videoda Openfiler texnologiyasının nə olduğnu və yüklənmə qaydasını göstərməyə çalışdım. Növbəti video dərslərdə isə İSCSİ serverin Openfiler üzərindən quraşdırılmasını göstərməyə çalışacam.
Qeyd: Openfiler’in yüklənməsi müddətində mən manual olaraq ip və digər şəbəkə sazlamalarını etdim. Çünki mən vmware workstationda şəbəkədən avtomatik ip alma funksiysını(DHCP) dayandırmışam.Çox güman ki siz birinci dəfə yükləsəniz bu sizdə DHCP aktiv vəziyyətdə olacaq. Və manual olaraq şəbəkə sazlamaları etməyinizə ehtiyac qalmayacaq.Sadəcə next edib keçməyiniz kifayətdir.
Bu qədər dostlar, ümid varam ki faydalı olacaqdır.
Gələn görüşlərədək…
Samba/CIFS
https://en.wikipedia.org/wiki/Server_Message_Block
ISCSI Server
https://en.wikipedia.org/wiki/ISCSI