Oracle yoxsa SQL Server

Salam dostlar. Banklar və digər şirkətlərdən hansıları Oracle, hansıları SQL Serverdən istifadə edir? Daha çox misallar gətirərdiz, zəhmət olmasa.

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 5274 dəfə

Cavablar ( 4 )

  1. Salam.

    Həqiqətən maraqlı sualdır. Ola bilsin bir qədər düzgün qoyulmayıb. Banklar və digər şirkətlərdə ilk növbətə bu və ya digər proqram təminatı istifadə olunur. Bunlar müxtəlif ola bilər: ERP, MRP, CRM, Banklar üçün kredit proqramları, ECM və s. Bu abreviaturların açıqlamalırının bəziləri ilə buradan tanış ola bilərsiniz:

    ERP

    ECM

    CRM

    MS SQL Server və ya ORACLE onları istifadə edən proqram təminatından ayrı adətən qurulmur. Bu sistemlər verilənlərin saxlanılması, emalı və ötürülməsi üçün istifadə olunur. Verilənlərin strukturu və tərkibi isə Proqram təminatı tərəfindən təyin edilir. Proqram təminatı bu və ya digər VBİS-lərini dəstəkləməlidir. Adətən proqramın rəsmi sənədlərində hansı VBİS dəstəklədiyi barədə məlumat verilir. Məsələn nümunə kimi 1C:Müəssisə proqram təminatının rəsmi sənədinə baxaq-  1С requirements Burada qeyd edilib ki, 1C:Müəssisə proqramı MS SQL Server, PostgreSQL, DB2, Oracle Database VBİS –lərini dəstəkləyir. LOGO Tiger Plus  MS SQL Server və Oracle Database serverlərini dəstəkləyir. Microsoft Dynamics AX 2012 versiyadan başlayaraq yalnız MS SQL Server dəstəkləyir. SAP   MS SQL Server, DB2, Oracle Database,  SAP HANA Database  VBİS –lərini dəstəkləyir. Yəni biz bu proqramlar üçün bu siyahıda olan istənilən VBİS seçə bilərik.  Hansının seçilməsi isə başqa mövzudur. Burada əsas amillər surət və dayanıqlıqdır. Hal-hazırda həm Oracle, həmdə MS SQL Server bunların hər ikisini təmin edir. Oracle əsas üstünlüklərindən biri müxtəlif əməliyyat sistemlərində çalışmasıdır: həm MS Windows, həm də Linux əməliyyat sistemlərində çalışır. MS SQL Server isə yalnız Windows-da işləyir (MS SQL Server 2016 üçün Linux dəstəklənməsi elan olunub lakin hələlik geniş istifadə olunmur). Seçim zamanı bu amil də çox vacibdir. Təcrübəyə əsasən deyə bilərəm, ki ERP, CRM, ECM sistemləri adətən MS SQL Server üzərindən seçim edilir. Bank və processing proqramlarında adətən Oracle Database istifadə olunur. Səbəbi isə budur ki, bank kredit proqramlarında proqramlaşdırma üzrə bəzi məsələlər PL/SQL üzərində qurulur. PL/SQI belə bir imkanı dəstəkləyir, məsələn SP-lər  (stored procedure) üçün paketlər qurmaq olur və s. MS SQL Serverdə istifadə olunan T-SQL isə bu imkanı dəstəkləmir, buna görə də İki VBİS arasında keçid çətin olur və ya heç mümkün olmur, yəni kodun əksəriyyəti yenidən yazılmalıdır ki, həm PL/SQL, həm də T-SQL dəstəkləsin. Bu barədə bir qədər geniş məlumatı buradan ala bilərsiniz: SQL nədir? SQL, T-SQL yoxsa PL/SQL?

  1. Salam.

    Qeyd etdiyiniz sual geniş əhatəlidir. Çünki banklar və ya digər şirkətlərin istifadə etdiyi proqramlara və texnologiyalara görə məlumat bazalarından istifadə dəyişir. Korporativ bank sistemlərinin bir çoxunda oracle istifadə edilir. MS SQL istifadə həcmi bir neçə ildir ki, yeniliklər və qiymət fərqinə əsasən genişlənməyə başlayıb.

  2. Salam.

    Həqiqətən maraqlı sualdır. Ola bilsin bir qədər düzgün qoyulmayıb. Banklar və digər şirkətlərdə ilk növbətə bu və ya digər proqram təminatı istifadə olunur. Bunlar müxtəlif ola bilər: ERP, MRP, CRM, Banklar üçün kredit proqramları, ECM və s. Bu abreviaturların açıqlamalırının bəziləri ilə buradan tanış ola bilərsiniz:

    ERP

    ECM

    CRM

    MS SQL Server və ya ORACLE onları istifadə edən proqram təminatından ayrı adətən qurulmur. Bu sistemlər verilənlərin saxlanılması, emalı və ötürülməsi üçün istifadə olunur. Verilənlərin strukturu və tərkibi isə Proqram təminatı tərəfindən təyin edilir. Proqram təminatı bu və ya digər VBİS-lərini dəstəkləməlidir. Adətən proqramın rəsmi sənədlərində hansı VBİS dəstəklədiyi barədə məlumat verilir. Məsələn nümunə kimi 1C:Müəssisə proqram təminatının rəsmi sənədinə baxaq-  1С requirements Burada qeyd edilib ki, 1C:Müəssisə proqramı MS SQL Server, PostgreSQL, DB2, Oracle Database VBİS –lərini dəstəkləyir. LOGO Tiger Plus  MS SQL Server və Oracle Database serverlərini dəstəkləyir. Microsoft Dynamics AX 2012 versiyadan başlayaraq yalnız MS SQL Server dəstəkləyir. SAP   MS SQL Server, DB2, Oracle Database,  SAP HANA Database  VBİS –lərini dəstəkləyir. Yəni biz bu proqramlar üçün bu siyahıda olan istənilən VBİS seçə bilərik.  Hansının seçilməsi isə başqa mövzudur. Burada əsas amillər surət və dayanıqlıqdır. Hal-hazırda həm Oracle, həmdə MS SQL Server bunların hər ikisini təmin edir. Oracle əsas üstünlüklərindən biri müxtəlif əməliyyat sistemlərində çalışmasıdır: həm MS Windows, həm də Linux əməliyyat sistemlərində çalışır. MS SQL Server isə yalnız Windows-da işləyir (MS SQL Server 2016 üçün Linux dəstəklənməsi elan olunub lakin hələlik geniş istifadə olunmur). Seçim zamanı bu amil də çox vacibdir. Təcrübəyə əsasən deyə bilərəm, ki ERP, CRM, ECM sistemləri adətən MS SQL Server üzərindən seçim edilir. Bank və processing proqramlarında adətən Oracle Database istifadə olunur. Səbəbi isə budur ki, bank kredit proqramlarında proqramlaşdırma üzrə bəzi məsələlər PL/SQL üzərində qurulur. PL/SQI belə bir imkanı dəstəkləyir, məsələn SP-lər  (stored procedure) üçün paketlər qurmaq olur və s. MS SQL Serverdə istifadə olunan T-SQL isə bu imkanı dəstəkləmir, buna görə də İki VBİS arasında keçid çətin olur və ya heç mümkün olmur, yəni kodun əksəriyyəti yenidən yazılmalıdır ki, həm PL/SQL, həm də T-SQL dəstəkləsin. Bu barədə bir qədər geniş məlumatı buradan ala bilərsiniz: SQL nədir? SQL, T-SQL yoxsa PL/SQL?

  3. Təşəkkür edirəm Rauf bəy əhatəli məlumatınıza görə.

Cavab yazın