DHCP Haqqında və Qurulumu

DHCP – Dynamic Configuration Protocol

DHCP nədir? – Deyək ki, bizim ofisimizdə 200-250 ədəd kompüter var və biz bu kompüterlərə ip vermək istəyirik.Əgər biz hər kompüterə yaxınlaşıb statik ip versək nə qədər vaxtımızı buna sərf edəcəyik. Amma DHCP bizi bu yükdən qurtarır…

DHCP özəllikləri:

1.Kompüterlərə ip verir.

2.Dns,Wins və.s kimi serverləri kompüterlərə göndərir.

3.Böyük şəbəkədə ip toqquşmasının qarşısını alır.

DHCP Qurulumu :

DHCP qurulumu üçün Server Manager-ə daxil oluruq:

Add roles and features-ə daxil oluruq.

1

Açılan pəncərəni Next edirik:

2

Burada işarə etdiyim yeri qeyd edib Next edirik.

3

Next edirik

4

Bu pəncərədə Dhcp seçib Add features edirik.

5

Next edirik:

6

Next edirik:

7

İnstall edirik:

8

Gördüyünüz kimi Dhcp serverimiz yüklənmək üzrədir.Yüklənməsi bir müddət zaman alır.

9

Yüklənmə bitdikdən sonra bu pəncərəni Close edirik.

10

Daha sonra Start bölməsinə daxil olub DHCP-yə daxil oluruq

11

İndi isə gəlin İp təyin edək.Bunun üçün İp4-ün üzərinə sağ klik edib New scope edirik:

12

Açılan pəncərəni Next edirik.

13

Scope üçün ad təyin edirik.Mən bu formada yazmışam.Təbii ki,siz başqa formada yaza bilərsiniz. Sonda Next edirik.

14

İP Address Range

Burada ip aralığı təyin edirik. Mən 192.168.1.20 – 192.168.1.120 təyin etmişəm.Bu aralıqdan kompüterlər ip alacaqdır.

15

Add Exclusions and Delay

Burada təyin etdiyimiz aralıqda heç bir kompüter ip almayacaqdır. Yəni 192.168.1.35-192.168.1.45 bu aralıqı heç kəsə vermirik.Bu aralıqdakı ip-lər cihaz və ya printerlər üçün nəzərdə tutulur.Daha sonra Add edib Next edirik.

16

Lease Duration- Yəqin ki, hamıya məlumdur ki, təyin etdiyimiz iplər kompüterlərə ömürlük verilməyib.Bu müddət 8 gün çəkir. Yəni əgər biz bu kompüteri söndürsək 10 gündən sonra yandırsaq bu ip bu kompüterdə olmayacaqdır.

17

Bu pəncərədə isə bizdən soruşur ki, Dhcp-ni indi konfiqurasiya etsin?! Biz yes seçib davam edirik.

18

Bu isə Default Gateway dir.Şəbəkəmiz üçün təyin edirik.Daha sonra Add edib davam edirik.

19

Burada isə bizim Dns serverimiz var.Biz parent domaində zona adını və yaxud İp-i yazıb Add edə bilərik.Məndə hazır yazılıb.Daha sonra davam edirik.

20

Bu isə Wins serverimizdir.Məndə wins olmadığına görə heç nə yazmamışam.Next edərək davam edirik.

21

Burada bizə sual verilib ki, Scopenizi indi aktiv etmək istəyirsiniz?! Yes edərək davam edirik.

22

Finish edirik.

23

Gördüyünüz kimi artıq hər bir şey demək olar ki, hazırdır.Address Pool Burada bizim təyin etdiyimiz aralıqlardır.

24

Rezervasiya nədir?

Bayaqda vurğuladığım kimi bu iplər bilgisayarlara ömürlük verilmir.Deyək ki, bizim direktorumuz notebookunu aparıb evinə 10-15 gün notebooku yandırmayıb.Təbii ki, təyin etdiyimiz ip bu kompüterdə olmayacaqdır.Amma bu kompüteri rezervasiya edirik ki,yalnız bir ip alsın.

Burada Rerezvasiyanın üzərinə sağ klik edib New Rezervation edirik.

25

Açılan pəncərədə Rezervasiyanın adını təyin edirik.İp-i yazırıq.Sonda MAC addressi yazırıq.Add edirik.MAC addressi öyrənmək üçün

Cmd-də ipconfig/all yazıb enteri klik edirik.

26

27

Əziz dostlər bu məqalənində sonuna gəldik ümidvaram ki,işə yararlı oldu.

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Saleh Xalafli

Şərhlər ( 10 )

  1. Salam.

    Saleh bəy, gözəl məqalə üçün təşəkkürlər.

    Xeyirli və davamlı olsun. 😉

    Uğurlar.

  2. Salam, Saleh bəy.

    Gözəl və anlaşıqlı məqalədir, davamlı olsun !

  3. tesekkur edirem

  4. Salam qardaş gözəl yazıdı aydındı.Bir sualım var öncədən təşəkkür edirəm.DHCP server üçün ayrıca server yoxsa domain kontrollerdə də qurmaq olar?.

    • Salam, Kənan bəy.

      İnfrastrukturdan asılıdır. Hər iki variant istifadə edilə bilir. Ayrı etmək imkanı varsa, ayrı olsa yaxşıdır. Routerin üzərində də qururlar. Təbii ki, infrastrukturun quruluşuna baxmaq lazımdır.

  5. Çox sağ olun

  6. Salam bir sualım var sizə.Zəhmət olmazsa cavablandırardız.DHCP serverin statik ip ilə scope -dəki iplər mütləq eyni subnetdə olmalıdır?.Birdə dhcp klient dhcp serverlə əlaqə qura bilməsə apipadan ip alır.Bəs bundan sonra axı ayrı subnetə düşür necə yenidən əlaqə saxlaya bilir?

Şərh yazın