CentOS/Redhat 7’də tarix və vaxtın konfiqurasiyası 1-ci hissə
CentOS/Redhat 7’də tarix və vaxtın konfiqurasiyası 1-ci hissə
Salam əziz dostlar. Bu günki, məqalədə linux ƏS-də vaxt və tarixlərin konfiqurasiya olunmasına baxacağıq.Əslində sadə mövzuya oxşayır amma bəzən vaxtların düzgün şəkildə təyin olunmaması, müxtəlif sistemlərdə misal üçün banklarda, telekomnukasiya şirkətlərində böyük problemlərə gətirib çıxara bilər ona görə də bu məsələlərə linux adminlər diqqətlə nəzər yetirirlər. Linux distributivi olaraq isə ənəyə sadiq qalaraq mən yenədə CentOS/Red Hat 7-dən istifadə edəcəm. Elə isə gəlin başlayaq.
- İlk olaraq mən date komandasının istifadə qaydasını göstərəcəm, bu linuxun demək olarki , bütün distributivlərində var.Sizə hal-hazırda sistemin vaxtını,tarixini göstərməyə və sazlamağa imkan verən komandanın yazılma qaydasını göstərəcəm.
Verilmiş komandaya uyğun olaraq həftənin günü, ay və tarix, saat, qısaldırmış timezonanı və cari ili ekranda öz əksini tapır .
Susmaya görə date komandası lokal vaxta görə bizə tarix və saatı göstərir , əgər biz UTC vaxtına görə saatı görmək istəsək onda aşağıdakı komandadan istifadə edərik.
Bununla yanaşı biz #date –u əmrindən də istifadə edə bilərik.
Siz həmçinin tarix və saatın göstərilməsini öz istədiyiniz formada da edə bilərsiniz.
#date +”format”
1. %H | HH formatında saat göstərir (misal üçün, 17). |
2. %M | MM formatında dəqiqəni göstərir (misal üçün, 30). |
3. %S | SS formatında saniyəni göstərir (misal üçün, 24). |
4. %d | DD formatında ayın gününü göstərir (misal üçün, 16). |
5. %m | MM formatında ayı göstərir (misal üçün, 09). |
6. %Y | YYYY formatında ili göstərir (misal üçün, 2016). |
7. %Z | Time zone qısaldılmışı (misal üçün, AZT). |
8. %F | YYYY-MM-DD formatında full tarix (misal üçün, 2016-09-16). Bu xüsüsiyyət Y-%m-%d bərabərdir |
9. %T | HH:MM:SS formatında full saat (misal üçün, 17:30:24) ). Bu xüsüsiyyət %H:%M:%S bərabərdir. |
Nümünəyə baxaq:
Buradan da gördüyümüz kimi vaxt və tarixi istədiyimiz formatda sazlaya bilərik.
Date komandası ilə vaxtın dəyişdirilməsi. Bunun üçün root istifadəçisi olmaq şərti ilə date komandasının —set və ya –s xüsüsiyyətindən istifadə edilir.
#date –set HH:MM:SS //lokal vaxt üçün
#date –set HH:MM:SS –utc //UTC vaxtını dəyişmək üçün
Nümünə:
Date komandası ilə tarixın dəyişdirilməsi.
#date –set YYYY-MM-DD
Nümünə:
Date komandası haqqında göstərəcəklərim bu qədər, əlavə məlumat üçün #man date komandası yazıb baxa bilərsiz.
- timedatectl utiliti Redhat 7 ilə gələn systemd sisteminin bir hissəsidir. Sizə vaxt və tarixin dəyişdirilməsi, göstərilməsi, time zonanın təyin edilməsi, uzaq(remote) serverlə sistem vaxtının sinxronizasiya olunması və s. kimi işlərə imkan verir.İndi isə istifadə qaydasına baxaq.
Gördüyünüz kimi timedatectl əmrinin çıxışı ilə vaxt, tarix və time zona ekrana gəldi amma ntp(network time protocol) istifadə edərək uzaq serverlə vaxt sinxronizasiyası aktiv deyil.Bunu məqalənin irəliləyən anlarında göstərəməyə çalışacam, bunun üçün sistemdə ntp və ya chrony servislərindən biri konfiqurasiya olunmalıdır. Ümümiyyətlə, bu protokol bizə sistemdə vaxt və tarixi manual sazlamaq əvəzinə təyin olunan uzaq serverdən vaxtın sinxronizasiya olunmasından ibarətdir.
Cari vaxtın dəyişdirilməsi.
#timedatectl set-time HH:MM:SS
Nümünə:
Qeyd:Əgər ntp servisi aktivdirsə bu komanda uğursuz olacaq. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ntp servisi vasitəsilə vaxtın uzaq serverdən sinxronizasiya baş verir və eyni zamanda da siz manual olaraq vaxtı təyin etdiyinizə görə, siz xəta ilə qarşılaşacaqsınız.
Əgər istəyirsinizsə rtc(real-time-clock) vaxtı ilə local vaxt(kernel tərəfindən təyin olunan zaman) eyni qalsın onda aşağıdakı əmrdə boolean dəyərinə 1 və və ya yes təyin etməlisiniz. Əgər rtc vaxtını local vaxtı ilə eyni edəndən sonra dəyişiklik etmək istəsəniz, aşağıdakı komandada boolean yeninə 0 və ya no yazmağınız kifayətdir və bu zaman rtc vaxtı UTC vaxtı ilə eyni olacaq.
Rtc vaxtın nə olduğunu http://whatis.techtarget.com/definition/real-time-clock-RTC öyrənə bilərsiniz. Qısacası sizin CMOS mikroçipinizdəki saatdır.
#timedatectl set-local-rtc boolean
Cari tarixin dəyişdirilməsi.
Time zonasının dəyişdirilməsi. Bunun üçün əvvəla biz bütün time zonaların siyahısına baxmağımız lazımdır.
#timedatectl list-timezones // siyahiya baxdıqdan sonra ölkəyə uygun olanı seçib yaza bilərsiniz. Rahatlıq üçün grep əmrindən istifadə edə bilərsiniz.
Beləliklədə time zonanın təyin olunma qaydasına baxdıq.
Davamı məqaləmizin ikinci hissəsində olacaq.
Gələn görüşlərədək …..
Şərhlər ( 2 )
Teshekkurler Babek bey.
Gözəl məqalədir. Təşəkkürlər.