Salam SSL və TLS protokolu haqqında asan məlumat verə bilərsiz? bunlar ikisi də eyni protokoldur?
Səs: 0.
Baxılıb: 5397 dəfə
Cavablar ( 1 )
Elvin Əmirov / . Dərc edilib:A 17/09/2016 at 1:40 AxşamSəs: +8.
Salam.
Göstərilən protokollar hər ikisi eyni məqsədə – şəbəkə üzərindən göndərilən məlumatların şifrələnməsinə xidmət edir. Aşağıdakı şəkildə göstərildiyi kimi, TCP/İP ilə ötürülən HTTP və ya FTP protokolları (tətbiqi protokollar) SSL və TLS -lə əhatə olunur – şifrələnir, izolasiya yaradır.
Tarixçələrinə görə SSL birinci yaradılmışdır. TLS isə özündə SSL-in 3-cü versiyasının spesifikası üzərində Netscape Communications tərəfindən yaradılmışdır. Bu səbəbdən SSL TLS-in dəstəyləmədiyi qədim avadanlıq və browser-lərlə də rahatlıqla işləyə bilir. Günümüzdə TLS-in işləyə bilməyəcəyi avadanlıqlar yəqin ki, tarixə qovuşub.
Tarixi:
SSL 1.0 — heç vaxt istifadəyə verilməyib
SSL 2.0 — fevral 1995
SSL 3.0 — 1996
TLS 1.0 — yanvar 1999
TLS 1.1 — aprel 2006
TLS 1.2 — avqust 2008
Fərqlilikləri:
SSL – başlanğıcdan sonadək şifrələnmiş formada davam edir, TLS isə əl sıxmayadək (handshake) güvənsiz olaraq müraciət edər, server tərəfdən təsdiqlənərsə – güvənli olaraq davam edər.
SSL hər zaman əlavə bir port istifadə edər. Məsələn: http 80 portu istifadə etməsinə baxmayaraq, https 443 istifadə edər. SMTP 25 – SMTP SSL 465; POP3 110 POP3S -995 portu istifadə edər. TLS qoşulmada isə əlavə porta ehtiyac yoxdur.
Şifrələmə haqqında əlavə məlumatlar üçün aşağıdakı məqalələrimizi oxumanızda fayda var.
Cavablar ( 1 )
Salam.
Göstərilən protokollar hər ikisi eyni məqsədə – şəbəkə üzərindən göndərilən məlumatların şifrələnməsinə xidmət edir. Aşağıdakı şəkildə göstərildiyi kimi, TCP/İP ilə ötürülən HTTP və ya FTP protokolları (tətbiqi protokollar) SSL və TLS -lə əhatə olunur – şifrələnir, izolasiya yaradır.
Tarixçələrinə görə SSL birinci yaradılmışdır. TLS isə özündə SSL-in 3-cü versiyasının spesifikası üzərində Netscape Communications tərəfindən yaradılmışdır. Bu səbəbdən SSL TLS-in dəstəyləmədiyi qədim avadanlıq və browser-lərlə də rahatlıqla işləyə bilir. Günümüzdə TLS-in işləyə bilməyəcəyi avadanlıqlar yəqin ki, tarixə qovuşub.
Tarixi:
SSL 1.0 — heç vaxt istifadəyə verilməyib
SSL 2.0 — fevral 1995
SSL 3.0 — 1996
TLS 1.0 — yanvar 1999
TLS 1.1 — aprel 2006
TLS 1.2 — avqust 2008
Fərqlilikləri:
Şifrələmə haqqında əlavə məlumatlar üçün aşağıdakı məqalələrimizi oxumanızda fayda var.
http://www.technet.az/2015/06/01/ssl-sertifikatlari/
http://www.technet.az/2015/04/03/auth_password/
http://www.technet.az/2015/09/25/wireshark-il%C9%99-brauzerl%C9%99rin-tls-trafikinin-desifr%C9%99l%C9%99nm%C9%99si/
Mənbə: http://mnorin.com/tls-ssl-neobhodimy-j-minimum-znanij.html
Uğurlar.