MultiBoot USB disk
Bu məqalə "MultiBoot USB" silsiləsinə daxildir
Bu məqalədə sizə bir USB karta bir neçə əməliyyat sistemi Boot eləməyi göstərməyə çalışacam. Bu üsulla bir USB flash kartda bir neçə bootable OS saxlaya bilərsiz. Flash kartın həcmi isə sizin neçə əməliyyat sistemi yazmağınızdan asılı olaraq dəyişir. 3 OS boot eləmək üçün min 16GB ehtiyacınız olacaq.
Multiboot USB diski necə yaratmaq olar.
- İlk öncə WinSetupFromUSB bu proqramı yükləyin və extract edin.
- USB Flash kartınızı komputerə taxın
- Əməliyyat sisteminizin versiyasına uyğun olaraq 32 bit və ya 64 bit WinSetupFromUSB proqramını açın
- USB flash kartınızı seçin.Əgər USB listdə yoxdusa Refresh düyməsini sıxın
- Auto format it with FBinst butonunu işarələyin.
- Advanced Option bölməsini klikləyin.
- Custom menu names for Vista/7/8/Server Source checkbox işarələyin və “X” klikləyərək çıxın.
- Yazmaq istədiyiniz əməliyyat sisteminin İSO faylını seçirsiniz
Not: Əgər İSO faylının həcmi 4 GB çoxdursa, error message ilə qarşılaşassınız. Səbəbi isə FAT 32 fayl sistemini seçməyinizdir.
- GO butonuna klikləyin.Şəkildə gördüyünüz pəncərə açılacaq. Yuxarıda auto format butonun işarələdiyimiz üçün faylların silinəcəyini göstərir. YES deyin
- YES butonuna klikləyin
- USB flash kartda əməliyyat sisteminin yazılacağı papka adını yazın və OK klikləyin.
- Boot menu adını daxil edib OK deyin
- Bir neçə dəqiqəyə əməliyyat tamamlanacaq. Exit deyib çıxın.
İndi isə İkinci İSO faylı USB flash karta əlavə edək.
- Proqramı yenidən başladın
- USB flash kartınızı seçin
- Advanced Option bölməsindən Custom menu names for Vista/7/8/10/Server Source butonunu işarələyin
- Click Auto format with FBinst bölməsini işarələməyin. Əgər işarələsəniz birinci yazdığımız İSO faylı silinəcək
- Yazmaq istədiyiniz əməliyyat sisteminin İSO faylını seçirsiniz.
- Go butonuna klikləyib eyni prosesleri davam edirsiniz
Bu üsülla başqa əməliyyat sistemlərinidə USB flash karta Boot edə bilərsiniz.