Adobe flash plugin söndürmək
Salam. Xahiş edirəm, Windows Server 2008 R2 -də şəbəkəyə qoşulu kompyuterlərdə bütün saytlardakı videoları göstərməməyi necə edirlər? – bu barədə məlumat verərdiniz. Active Directory -də olan istifadəçiləri GPO ilə (ActiveX Controls-lə) qadağan elədim, amma domain-ə qatılmayanları bəs necə edim?
Baxılıb: 2241 dəfə
Cavablar ( 13 )
Lokaldan edirlər. Proxy o deməkdir ki sən internetə hər hansı (sizdə ip verilmiş serverlər) serverin üzərindən çıxırsan və burda sənə istənilən məhdudiyyət qoymaq mümkündür.
Salam.Chromda flash plugin sondurmek ucun:
Internet Explorer ucun – Settings -e girib
siz məni düzgün başa düşmədiz. Sualı zəhmət olmasa bir daha oxuyun, mənim istədiyim şəbəkədə bunu etməkdi. DC -ə qatılmayan kompyuterlərdə flash player işləməsin sadəcə sayta daxil olsun
Salam, Bunu tək domain ilə etmək mümkün deyil. Html5 ilə gələn yeniliklər artıq Flash PLayer olmadanda vidolara izləmək mümkündür. Bunun üçün Firewall qurmaq lazımdır.
Baxın, BDU da adi istifadəçi youtubeyə daxil olur ama göstərmir. Bax belə bir şeyi mən soruşuram. Orda belədi 172.168.1.1 port 3211 internet sürəti 1 mb hərkəs üçün və video göstərmir, 192.168.1.101 port 8888 internet sürəti 10mb (Full IP) və bütün videoları göstərir. Soruşdum məlumat vermədilər. Hal-hazırda https-lə youtube də yenə video şəkildəki kimi olur. Yəni HTML5 aidiyyatı yoxdu onu necə ediblərsə. Hətta özümün notebookunda qoşdum yenədə göstərmədi- şəbəkədə bunu necəsə ediblər.
Bunu proxy üzərindən edirlər. Sadəcə giriş edənlər göstərdiyiniz proxy üzərindən internətə çıxır və burda istənilən məhdudiyyət qoymaq mümkündür. Sualınıza yazdığım cavab isə sizin sırf flash plugin ilə bağlı idi, yəni siz Flash plugin bağlamaq yolunu tapsanızda bu bir işə yaramayacaq. Bunun Active Directory ilə heç bir əlaqəsi yoxdur. Sadəcə GPO üzərindən bunun avtomatik tətbiq etmək olur.
Proxy eləsə o sayta girməz axı, bu sayta girir video iconları da açır, videonu açmır.
Bu tip bloklanmalar media type görə aparılır. Həmin video fayl yüklənmədiyi üçün belə göstərir.
Yaxşı onda bunu şəbəkəyə internet verən provayder edibdə, universitetin local serveri yox?
Lokaldan edirlər. Proxy o deməkdir ki sən internetə hər hansı (sizdə ip verilmiş serverlər) serverin üzərindən çıxırsan və burda sənə istənilən məhdudiyyət qoymaq mümkündür.
Çox sağ olun! ISA server ilə necə edildiyini uje türklərdən tapdım.
Dostlar ümumiyyətlə Plugin nə üçündür? Funksiyası nədir.
Əvvəlcədən təşəkkürlər.
Plugin bizim dildə tərcüməsi qoşma deməkdir. Belə deyərdim ki, Hər hansı bir proqramın işləməsi üçün lazım olan müəyyən funksiyalar və imkanlar yaradır. Funksiyası proqramda çatışmayan və ya yeni funksiya əlavə edən rolun oynayır. Təbii ki qurulduğu proqram tərəfindən dəstəkləndiyi halda.
Məsələn: Opera da flash plugin olmasa o flash oyunları videoları açmaz, Windows da Plug and Play olmasa onun siçan və ya klaviaturanı, usb portları görməz.
Təşəkkürlər