Yay/Qış vaxtına keçidi ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat
- Yay vaxtına keçid və onu ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat
Yay/Qış vaxtına keçidi ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat
Azərbaycanda yay vaxtına keçid ləğv edildi
Как отключить автоматический переход на летнее время и обратно
Windows əməliyyat sistemlərində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək
Bildiyiniz kimi Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində Yay vaxtına keçid ləğv olunmuşdur. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdir.
Microsoft şirkəti bütün istifadəçiləri proaktiv şəkildə dərhal məlumatlandırmaq üçün 17 Mart 2016-cı il tarixində media, sosial şəbəkələr, bloqlar və elektron poçt vasitəsi ilə uyğunsuzluğun təsirini azaldan müvafiq təlimatlar təqdim etmişdir.
Eyni zamanda bu məsələnin mərkəzləşdirilmiş qaydada Windows yeniləmələri (Windows Update) vasitəsi ilə həll edilməsi üçün Microsoft Korporasiyasına müvafiq məlumatla müraciət edilmiş və yenilənmə 10 May 2016-cı il tarixinə hazırlanacağı rəsmən bildirilmişdir.
Microsoft Korporasiyası tərəfindən vəd edilmiş müvafiq yeniləmə artıq əlçatandır. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
Təlimata əməl etməzdən əvvəl aşağıdakı tövsiyələri nəzərə almağınızı rica edirik:
- Yeniləmələr Microsoft Korporasiyası və yerli mütəxəssislərimiz tərəfindən uğurla sınaqdan keçirilib, işlək vəziyyətdədirlər (successfully tested and working). Bu və ya istənilən yeniləməni istehsalat mühitində quraşdırmazdan əvvəl hər ehtimala qarşı ehtiyat nüsxələrin (Backup) çıxarıldığına və onların işlək vəziyyətdə olduğuna əmin olun;
- Yeniləməni əvvəlcə sınaq mühitində (Test environment) quraşdırın, müvafiq sınaqlar aparın, nəticələrdən razı qaldıqdan və dəyişikliklərin təsirini təhlil edib müvafiq əməliyyat risklərini qiymətləndirdikdən (risk assessment) sonra istehsalat mühitinə (Production environment) quraşdırmağı planlaşdırın;
- İstehsalat mühitində istifadəçilərə və işgüzar proseslərə təsiri azaltmaq üçün (to minimize impact) yeniləmələrin quraşdırılmasın qeyri iş saatlarında (non-working hours) həyata keçirin;
- Rəy və təkliflərinizi (feedback) bizimlə paylaşmaqdan çəkinməyin.
Həmçinin tövsiyə edirik, bu məlumatlarla tanış olasınız:
May 2016 DST update for Azerbaijan, Chile, Haiti, and Morocco in Windows
https://support.microsoft.com/en-us/kb/3153731
Daylight Saving Time Help and Support Center
https://support.microsoft.com/en-us/gp/cp_dst
Əlaqəli suallarınız və ya başqa müşahidələriniz olsa aşağıdakı məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlamağınızı rica edirik:
(+994 12) 437 38 00 (daxili 111)
Qaçay Mirzəyev, Strateji texnologiyalar üzrə məsləhətçi
Windows 10 üçün təlimat
Windows 10 üçün nəzərdə tutulmuş yeniləmə müvafiq toplu yeniləmənin (Cumulative Update) içərisində təqdim olunmuşdur. Bu keçiddə daha ətraflı məlumat verilib:
http://windows.microsoft.com/en-us/windows-10/update-history-windows-10
Yeniləməni quraşdırmazdan əvvəl əməliyyat sistemində saat qurşağının vəziyyətini yoxlayın və (UTC +04:00) Baku dayandığına əmin olun. Əgər başqa saat qurşağı dayanıbsa bunu (UTC +04:00) Baku seçiminə dəyişin. Dəyişikliyi START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində edə bilərsiniz.
Yeniləməni quraşdırmaq üçün internetə qoşulu olduğunuza əmin olduqdan sonra START -> SETTINGS -> UPDATE & SECURITY bölməsində yeniləmələri yoxlamaq üçün Check for updates düyməsini basın. Əməliyyat sistemi müvafiq yeniləmələri tapıb sizin kompüterə quraşdırmağa başlayacaq. Əgər tapmazsa, onda Check online for updates from Microsoft Update seçərək, yenidən cəhd etməyinizi tövsiyə edirik. Lazım olan yeniləmə “Cumulative Update for Windows 10 … (KB3156421)” adlanır:
Yeniləmələrin quraşdırılması internet bağlantınızın sürətindən və kompüterin gücündən asılı olaraq 10-30 dəqiqə vaxt ala bilər.
Yeniləmə bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün kompüteri yenidən yükləməlisiniz (Restart).
Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.
Kompüterin saatı vaxtı düz göstərdiyinə əmin olmağınızı tövsiyə edirik.
Windows Server 2012 R2 və digər əməliyyat sistemləri üçün təlimat
Bu təlimatı Windows Server 2012 R2 üçün hazırlamışıq, amma ona uyğun olaraq aşağıda qeyd olunan digər əməliyyat sistemlərində də yeniləməni eyni qaydada quraşdırmaq mümkündür:
- Windows 8.1
- Windows RT 8.1
- Windows Server 2012
- Windows Embedded 8
- Windows Server 2008 R2 Service Pack 1 (SP1)
- Windows 7 SP1
- Windows Server 2008 Service Pack 2 (SP2)
- Windows Vista SP2
- Windows XP Embedded
Yeniləməni iki yol ilə quraşdırmaq mümkündür.
1. Windows Update vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik alırsa, onda növbəti yeniləmələr quraşdırılan zaman müvafiq yeniləmə sizin əməliyyat sisteminə Windows Update vasitəsi ilə avtomatik olaraq quraşdırılacaqdır. Bu yolu istifadə edirsinizsə, sizdən heç bir əməliyyat və ya quraşdırma aparmaq tələb olunmur. Sadəcə əmin olun ki, KB3153731 saylı yeniləmə uğurla quraşdırılıb, saat qurşağı (UTC +04:00) Baku seçilib, saat da vaxtı düz göstərir.
Bunu yoxlamaq üçün növbəti şəkildə göstərildiyi kimi, İdarəetmə panelində (Control Panel) baxa bilərsiniz
2. Microsoft Download Center vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik almırsa, aşağıdakıları etmək lazımdır.
Yuxarıda qeyd edilən ümumi tövsiyələrə əməl etmək və müvafiq yeniləməni yükləmək üçün bu keçidə gedin:
https://support.microsoft.com/en-us/kb/3153731
Açılan səhifənin aşağı hissəsində hər bir əməliyyat sisteminin 32-bit və ya 64-bitlik versiyası üçün yeniləməni endirmək üçün keçid (download link) verilmişdir:
Lazım olan yeniləməni endirmək üçün müvafiq linkə gedin. Bu zaman aşağıdakı səhifəni görəcəksiniz. Orada olan məzmunla tanış olub Download düyməsini basmaqla müvafiq yeniləməni birbaşa serverə və ya başqa kompüterə endirə bilərsiniz:
Müvafiq yeniləmə faylı serverə endirildikdən sonra onun işə salmaq və bitməsini gözləmək lazımdır (Əgər yeniləməni başqa kompüterə köçürülübsə, onu müvafiq serverə köçürdüb, serverdə işə salmaq lazımdır). Yeniləmənin quraşdırılması tam avtomatlaşdırılmışdır. Quraşdırma bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün serveri yenidən yükləməlisiniz (Restart).
Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra Control Panel -> Clock, Language and Region -> Set the time and date hissəsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.
Serverdəki saatda vaxtı düz göstərdiyinə əmin olmağınızı tövsiyə edirik.