Active Directory Topology Diagrammer
Salam Dostlar, bu məqaləmizdə Microsoft şirkətinin bizə pulsuz təqdim etdiyi Active Directory Topology Diagrammer haqqında danışacağıq. Active Directory Topology Diagrammer LDAP-ı istifadə edərək Active Directory tənzimləmələrini oxuyub Visio diaqramı halına salır. Eyni zamanda DFS Replikasiyası, Exchange və.s haqqında da məlumat əldə etmək olar. Əgər, bu diaqramlar üzərində dəyişiklik etmək istəyiriksə, Visio istifadə etməliyik. Yox, ancaq bu diaqramlara baxmaq istəyiriksə, bu zaman Visio Viewer istifadə etmək olar. Yükləmə keçidlərini aşağıda verirəm:
Active Directory Topology Diagrammer
Active Directory Topology Diagrammer yüklədikdən sonra açırıq. Bu zaman aşağıdakı pəncərə ilə qarşılaşırıq:
Burada Server/Domain yerinə domain adımızı yazırıq, aşağıda isə “Use DNS and connect to each Domain” seçirik. Əgər, istərsək mövcud Visioları da yeniləyə bilərik.
Bunları təyin etdikdən sonra növbəti TAB-lara keçərək, bizə lazım olan funksionallıqları seçirik ki, onları da diaqram şəklində əldə edə bilək.
“OUs” bölməsində diaqramda görsənməsini istədiyimiz OU-ları təyin edirik. Hətta GPO adların da görsənməyini təyin edə bilərik.
“Sites” bölməsində isə Active Directory Sites haqqında hansı məlumatların əldə olunmasını istəyiriksə, onları seçirik. Hətta subnet-lərə qədər belə məlumat əldə etmək mümkündür.
Bizim mühitimiz üçün çox önəmli olan Exchange haqqında da diaqram almaq mümkündür. Təbii ki, bunu “Exchange” bölməsindən edə bilərik.
Əgər, application hissə varsa, bunu “Applications” bölməsindən seçə bilərik.
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi DFS Replikasiya haqqında da məlumat almaq üçün bölmə var.
Əgər, bizə istifadə etdiyimiz serverlərin əməliyyat sistemi versiyaları və FQDN-ləri də maraqlıdırsa, bunu da yuxarıdakı bölmədən təyin edə bilərik.
Bütün bunları istəyimizə uyğun seçdikdən sonra “Discover” düyməsinə sıxıb, diaqramımızı almaq üçün irəliləyirik.
Bu mənim domain-mə aid olduğuna görə son nəticələri sizlə bölüşmürəm. Sizdə eyni addımları edib, öz mühitiniz üçün diaqramlar əldə edə bilərsiniz. Dediyimiz kimi hətta ehtiyac olarsa, diaqram üzərində dəyişiklik belə edə bilərsiniz.
diqqət edin. Əks təqdirdə 28-i sizə sürpriz olmasın. Hər birinizə xoş bayram istirahətləri.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP, VCP
Şərhlər ( 1 )
Fərhad, təşəkkür edirəm! Ümid edirəm, faydasını istifadəçilər hiss edəcəklər.