Azərbaycanda yay vaxtına keçid ləğv edildi

Martın 27-də saatlar irəli çəkilməyəcək

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.

“APA-Economics” xəbər verir ki, Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir.

Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.

Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

 

Windows Əməliyyat sistemlərindən istifadə edən şəxs və şirkətlər Microsoft şirkətini bununla bağlı Update buraxanadək saatla bağlı yarana biləcək problemləri aradan qaldırmaq üçün aşağıdakı keçiddəki tədbirləri görə bilərsiniz. 

Azərbaycan türkçəsində – Windows əməliyyat sistemlərində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək

Rus dilində Как отключить автоматический переход на летнее время и обратно

 

 

Müəllif: Qaçay Mirzəyev

Şərhlər ( 2 )

    • Ofelya / . Dərc edilib:A 18/03/2016 at 1:19 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər!

  1. Əlavə olaraq kiçik bir həll yolu da mən söyləmək isteyirem. DC -da GPO-dan Script yazaraq istifadəçilərdə bu məsələni həll etmək olar:

    @echo off

    echo Setting time zone to AZST, DST off

    echo ———————————-

    TZUTIL /s “Azerbaijan Standard Time_dstoff”

    echo

    P.S. bəlkədə artıq burda bu  barədə yazıblar.Təkrar oldussa üzürlü hesab edin

Şərh yazın