29 Fevral Exceldə

29 fevral olan illər uzun il hesab edildiyindən, bu Exceldən də yan ötüşmür. Belə ki, Exceldə bu gündən asılı olaraq fərqli dəyərlər alan funksiyalar (Date, DAYS360, EDATE, YEARFRAC) mövcuddur və buna səbəb də aşağıdakılardır.

DATE funksiyası – bu funskiyaya il, ay və günün indekslərini ötürdükdə bizə nəticə olaraq tarix qaytarır. Funksiyaya qısa ilin fevral ayının 29-nu ötürdükdə bizə həmin ilin mart ayının birini qaytarmış olur. Məsələn, =DATE(2015;2;29) funksiyasını tarixə yazarıqsa bizə 01.03.2015 nəticəsini qaytarar
DAYS360 funksiyası – Bu funksiya vasitəsi ilə hesabladıqda gün fərqini 360 günə nəzərən hesablayır. Yəni, fevral ayının 28 və ya 29 olmasından asılı olmayaraq bir ili 360 gün olaraq qəbul edilir
EDATE funksiyası – Bildiyiniz kimi bu funksiyaya başlanğıc tarixi və ayı ötürəndə bizə həmin tarixdən funksiyaya ötürülən aydan sonrakı ayı qaytarır. Bu funksiyaya ötürülən aydan sonrakı fevral ayının 29-una rast gələrsə, nəticə olaraq 28.02-ni qaytarar
YEARFRAC funksiyası – Bu funksiya vasitəsi ilə iki tarix arasında il fərqini qaytarır. Ötürülən tarixlər arasındakı il uzun il olarsa bu da funksiyanın nəticəsinə təsir edir. Çünki, artıq olan gün də ildə özünü burada göstərmiş olur.
İndi keçək əsas məsələyə, bəs biz ilin uzun və ya qısa olmasını necə tapmaq olar? Bunun üçün bir neçə yol var.
1. =IF(DAY(EOMONTH(DATE(2016;2;1);0))=29;”uzun il”;”qısa il”)
2. =IF(YEAR(DATE(2016;1;1))=YEAR(DATE(2016;1;1)+365);”uzun il”;”qisa il”)
3. =IF(WEEKDAY(DATE(2016;2;29);2)=WEEKDAY(DATE(2016;3;1);2);”qısa il”;”uzun il”)
Bunu əlavə bir neçə yolla da etmək olar. Bunu da Sizin öhdənizə buraxıram.
#BilikPaylashdiqcaArtar
Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın