İT sahəsini öyrənmək üçün nələrdən başlayım?
Salam, yeni başlayıram öyrənməyə. Avadanlıqlardan, Əməliyyat sistemlərindən və digərlərindən ilk hansı mövzudan başlamalıyam? Və hansı ardıcıllıqla oxumalıyam? Məsəl kimi movzuları mündəricat kimi və ya başqa cür ardıcıllıqla mövzuların adını sırayla verə bilərsiniz? Mövzuları ordan-burdan oxuyuram, yaxşı başa düşmürəm. Çox şeyi başa düşə bilmirəm. Xahiş edirəm köməklik göstərəsiniz.
Baxılıb: 44196 dəfə
Cavablar ( 11 )
Ardıcıllıq deyəndə məncə düzgün çıxmır. Hansısa mövzunu oxuduğun zaman qarşına bir çox İT terminlər çıxacaq. Məsələn deyirəm İP adreslər haqqında oxuyurdun dns çıxdı qarşına keçid etdin dns orda da qarşına domain çıxdı birdə görəcəksən ki active directory-ni oxuyursan. İT sahəsi geniş olduğundan və bir biri ilə əlaqəli olduğundan mövzular arasında çox keçidlər edəcəksən . Ən əsası qarşına məqsəd qoy de ki mən bunu öyrənəcəm sonra oxduqların sənə istiqamət verecək. Belə ilkin başlanğıc üçün ingilis dilində bilirsənsə CompTİA A plus 220-801 və 220-802 dərsliyini məsləhət görə bilərəm. Bundan əlavə saytda da xeyli sayda azərbaycan dilində məqalə mövcuddur.
Sahil bəy salam,
Başa düşdüyüm qədər siz sistemli bir şəkildə oxumaq üçün hər hansı bir mənbə axtarırsınız. Əgər doğma dilimizdə mənbə axtarırsınızsa technet.az saytımızda mövcud məqalələrdən yararlana bilərsiniz. Bundan əlavə başa düşmədiyiniz hər hansı bir mövzu barəsində sual ünvanlaya və ya məqalə yazılması üçün təklif də verə bilərsiniz. Bundan əlavə universtitetlərdə istifadə olunan doğma dilimizdə mövcud olan bir çox kitablar mövcuddur.
Əgər oxuyub hər hansı bir sahədə mütəxəssis olmaq istəyirsinizsə, bu bir faktdır ki ingilis dili laziminiz olacaqdır. İngilis dilində isə mənbələr həddən artıq çoxdur. Sıfırdan başlayaraq öyrənmək istəyirsinizsə Murad bəyin də vurğuladığı kimi CompTİA şirkətinin A+ sertifikasiya proqramından istifadə edə bilərsiniz. Daha sonra isə sizə daha maraqlı olan bir sahə seçib (şəbəkə inzibatçılığı, sistem inzibatçılığı, məlumat bazası inzibatçılığı və s.) o sahəyə uyğun sertifikasiya proqramları vasitəsilə hazırlıqlarınıza davam edə bilərsiniz.
Hörmətlə,
Rizvan Bayramov
Salam.Qisa olaraq yazacam.siz ordan burdan oxumaqla konkret hansisa IT sahesinin sirf bir hissesini oyrene bilmeyeceksiz ve sonra secim arasinda qalassiniz.Meslehet gorurem ki yaxsi bir kursa IT helpdesk kursuna muraciet edin ve baslayin tedris almaga.Elave olaraq ingilis dili ile mesgul olun cox derin oyrenmesenizde olar texniki dil kifayetdir ve kursda kecirilen derslerden basqa hecne ile maraqlanmayin kurs bitene qeder.Kursu bitirdikde IT-nin hansi ixtisasina yonelmeyiniz lazim oldugunu rahatliqla secib ve o ixtisas uzre oyrenmeye davam edeceksiniz InsAllah.Ugurlar size.
Rizvan bəyin qeyd etdiyi kimi CompTIA A+ özündə həm avadanlıqlar, həm əməliyyat sistemi, həm şəbəkə, həm də təhlükəsizliklə bağlı ilkin anlayışları əhatə edir. Məncə, İT sahəsində olan hər bir mütəxəssis CompTIA A+ səviyyəsində qeyd etdiyim məlumatlarla tanış olmalıdır. CompTIA A+ proqramı çərçivəsində məlumatları əldə etmək sizin istiqamət seçməyinizdə rol oynaya bilər. Bundan sonra sizə uyğun istiqaməti seçərək davam edə bilərsiniz. Sonuncu versiya üçün tövsiyyə edə biləcəyim kitabları http://goo.gl/PIk8Jk ünvanından ala bilərsiniz.
Başa düşdüyüm qədər burada bölmələrsdə verilən məqalələri verilən ardicilliqla oxumağa başlasam olar
Salam Aydın bəy İT helpdesk kursuna necə müraciət edə bilərəm?
IT helpdesk uzre ixtisas almaq isteyirsinizse Edutech tedris merkezini meslehet gore bilerem.elece de kursu bitirdikden sonra eger basqa IT-nin basqa sahesin de davam etmek isteseniz Edutech tedris merkezi basqa nov IT nin ixtisaslari movcutdur.
İT helpdesk ümumiyyətlə nədir? Nə ilə bağlıdır? Bu barədə məlumatım yoxdur. Məlumat verə bilərsiniz bu barədə?
IT helpdesk kursunda Kompyuter ehtiyyat hisseleri ve onlarin qurasdirilmasi,emeliyyat sistemlerinin ve programlarin yazilmasi elece de sebekenin esaslari oyredilir.Men bunlari qisa olaraq yazdim etrafli bilmekisteyirsenizse bu linkde http://edutech.az/trainings IT esaslari(helpdesk) fayl yukleyib etrafli gore bilersiz orda siyahi var neler kecirilir.Bu kursu ilk addim olaraq dusunun adindan da belli oldugu kimi siz bu kursu kecerek IT-nin esaslarini oyreneceksiniz ve sonda eger mukemmel sekilde biliyinizi inkisaf etdirseniz baslangic olaraq kecdiyiniz bu kursda,daha sonra siz proglamlasdirma,sistem administratorlugu ve ya sebeke administratorlugu bu ucunden hansi birine kecid edeceyinizi mueyyen ede bileceksiniz.yeni IT esaslarini oyrenmeden birbasa bu uc ixtisasdan birine yiyelenmek biraz cetin olacaq.Bu yazdiqlarimi meslehet olaraq qebul edin yeni vacib deyil ilk o kursdan baslayasiniz bacarsaniz birbasa da kecid ede bilersiz.
Salam.
İT helpdesk uzre biliklere sahib olmaq lazimdir. Umimi biliklere malik olduqda goreceksiniz ki sececeyiniz her hansi bir istiqamet (sebeke inzibatciligi, sistem inzibatciligi ve s.) bir biri ile cox six elaqelidir. Secim etdikden sonra hemin istiqamete daha six yonelersiz inshAllah. Technet.az da yerlesdirilen meqalelere baxmanizda boyuk fayda var.
Təşəkkürlər