Centos&Rhel7 də KVM dən istifadə 2-ci hissə
Salam Əziz oxucular. Bugün mən linux KVM dərslər seriyasından ikinci hissəni tamamlamaga çalışacam. Hansı ki, keçən mövzuda KVM-in nə oldugunu və RHEL/Centos 7 üzərində ilkin sazlamalar və Grafik interfeysindən istifadə edərək yüklənməsinə baxdıq
(Centos Rhel7-də KVM-dən istifadə ikinci hissə ), indi isə bunu komandalardan(CLİ) istifadə edərək qurulmasına baxacagıq.
İndi konfiqurasiyaya keçməzdən əvvəl vacib olan bəzi komandaların nə işə yaradığını baxaq.
“virt-install” – virtual maşının(VM)-nin yaradılması və konfiqurasiya edilməsi üçün.
“virsh” – storage pool(yaddaş havuzu J)–ların yaradılması və konfiqurasiya edilməsi üçün.
“qemu-img” – disk image-lərin yaradılması və konfiqurasiya edilməsi üçün(yəni disklərlə işləmək üçün)
Qeyd: Bu komandaların qarşısında yazdıgım açıqlamalar yanliz o əmrlərin bir funksionallığını bildirir,hər bir əmrin qarşısında man əmrini yazıb digər xüsüsiyyətlərinə baxa bilərsiz.
Məqaləni daha anlaşıqlı olması üçün 3 hissəyə bölmüşəm, Birinci hissədə umumi Storage pool(SP–yaddas hovuzu) yaradılmasi, İkinci hissədə həmin bu pool-un içərisində hər bir yaradacagimiz ƏS-nə uygun olaraq disk imagenin(Yaddas yerinin) yaradılması və sonda bu yaratdıgımız disk image daxilinə ƏS-nin qurulması.
Storage Pool-un daxilində coxlu disk imagələr yaradib, hər disk imagenin daxilinə ƏS-qurmaq olar.
a.Storage Poolun yaradılmasına baxaq:
- “virsh” komandasının gördüyu işlərindən birini yuxarıda qeyd etdim, bu komanda üçün əlavə məlumatı:
- Storage pool-u müəyyən edək:
“Pool-define-as” – yeni storage poolun təyin edir,
“Spool1” – storage poolun adı
“dir” – storage-nin tipi, bundan əlavə KVM 9 tipi dəstəkləyir:
- dir – məlumatların-lərin saxlanması üçün kataloqlardan istifadə edir
- disk-məlumatların saxlanması üçün Fiziki hard disklərdən istifadə edir
- fs– məlumatların saxlanması üçün formata hazır olan partition(Pre-Formatted Partitions )-lardan istifadə edir
- netfs– məlumatların saxlanması üçün şəbəkədə paylaşılmış yaddaşdan(NFS kimi) istifadə edir
- gluster– məlumatların saxlanması üçün Klaster fayl sistemi yaddaşından istifadə edir
- iscsi– məlumatların saxlanması üçün şəbəkədə paylaşılmiş İSCSİ yaddaşından istifadə edir
- scsi– məlumatların saxlanması üçün local SCSİ yaddaşından istifadə edir.
- lvm– məlumatların saxlanması üçün LVM ilə yaradılmış yaddaşdan istifadə edir
- mpath-Hal-hazırda bu dəstəklənmir.
Bundan əlavə storage pool tipinin arqumentleri deyilən anlayışda var, dir-tipinin uygun arqument target(hədəf- storage pool-nun yerləşəcəyi yol ) arqumentidir, Ümümiyyətlə default olaraq 5 tip arqument vardır:
- source-host
- source-path
- source-dev
- source-name
- target
Bizim missal isə target – /mnt/personal-data/SPool1, qalanlar isə vacib deyil.
- Sistemdə bütün SP-ləri yoxlayaq:
- Storage pool-u quraq:
- İndi isə virsh əmrinin ”pool-start” funksiyasından istifadə edib pool –u aktivləşdirək
- Yenidən SP-ları yoxlayaq:
- Autostart-in no oldugunu goruruk, bu o deməkdir ki, libvirtd servisi hər dəfə aktiv edəndə bu pool –unda avtomatik aktiv olub olmamasını bildirir.Bunu yes halina gətirək ki , sonra bir problem yaramasın.
- Spool1 artıq hazırdir və haqqında ümümi info baxmaq üçün:
b.Storage volume/Disk image (Sistemin yerləşəcəyi yer)–lərin konfiqurasiyasi
Biz disk image yaratmaq üçün yuxarıda da qeyd etdiyimiz kimi , “qemu-img” əmrindən istifadə edəcəyik, bunun barəsində ətraflı məlumat üçün man əmrində istifadə edə bilərsiz.
- Biz umumiyyətlə “qemu-img” əmrindən disk imagenin yaratmaq,yoxlamaq və s. istifadə edəcəyik və olçüsünü, Spool1-dən yolunu təyin edəcəyik, aşagıdakı kimi
- Yeni yaratdıgın disk haqqında məlumat almaq üçün:
Qeyd:Heç vaxt VM işləyərkən qemu-img istifadə edərək yaratdıgın disk image-də dəyişiklik etməyin, çünki image- ni zədələyə bilərsiz.c.Virtual maşının yaradılması
Son olaraq isə “virt-install” əmrindən istifadə edərək VM-in yaradılmasına baxaq, ətraflı məlumat üçün
man virt-install əmrindən istifadə edin.Bu əmrindən istifadə edərkən bilməli oldugumuz vacib xüsüsiyytələr.
- Name – VM-nin adı
- Disk location – disk imagenin yeri
- Graphics – VM-a qoşuanda gorunən grafika(Adətən-SPİCE)
- Vcpu- virtual CPU-nun sayı
- Ram-ayrilan Ram yadddaş(MB ilə)
- Location – iso faylən yerləşdiyi yer
- Network- virtual şəbəkənin tipi(Adatən-vibr00 bridge)
İndi test olaraq Windows 7 ƏS –ni yoxlayaq:
Daha sonra siz “virt-install” əmrindən istifadə edərək basqa ƏS yukləmək istəsəniz https://raymii.org/s/articles/virt-install_introduction_and_copy_paste_distro_install_commands.html yararlana bilərsiz.
Bugünki tapşırıgımızıda ugurla yerinə yetirdik, ümidvaram ki faydalı olar.
Gələn görüşlərədək…