PfSense – CARP Failover
Salam.
PfSense-lə maraqlananlar üçün son məqaləmizə aid bir sual vermək istədim. Sual belədir:
“PfSense – CARP Failover” məqaləmizdə əvvəlcə “LAN” və “WAN” şəbəkəmiz üçün “Virtual IP”-lər təyin etdik. Məqaləmizin sonuna kimi “LAN” interfeysə təyin etdiyimiz virtual IP-ni istifadə edərək “Failover” tənzimlədik. Bəs WAN üçün təyin etdiyimiz IP? Əgər istifadə etməyəcəkdiksə, lazım deyildisə niyə təyin edirdik? Səbəb nə ola bilər? Bu “WAN” interfeys üçün təyin etdiyimiz Virtual IP-ni harada istifadə edəcəyik? Və ya istifadə etməsək hansı xətalarla üzləşə bilərik?
Cavablar maraqlı olardı. Təşəkkürlər.
Baxılıb: 2097 dəfə
Bu sual PfSense - CARP Failover məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 2 )
Röyal bəy, salam.
Məqalədən alınan bilikləri “izləməyiniz” çox gözəl işdir və profisionallıqdan xəbər verir. Təşəkkür edirəm və bol uğurlar arzulayıram.
P.S. Cavabı mən də səbrsizliklə gözləyirəm.
Dəyərli fikirlərinizə görə çox Sağolun, Elvin bəy. Minnətdaram.