WOWOMAN: Tech-Tech Xanımların mükafatlandırılma mərasimi keçirildi
WOWOMAN: Tech-Tech Xanım Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılan layihədir. Layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilmişdir və ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlarımıza öyrədən kursların
keçirilməsi oldu. Müraciət edən 150-dən artıq xanımlardan 30 nəfər seçildi. Və son iki ay ərzində xanımlara peşəkar mütəxəssislər – Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov tərəfindən Software, Database, Network və Server əsaslarını öyrədən kurslar keçirildi. Kursun sonunda xanımlar Microsoft MTA imtahanlarında iştirak ediblər və əksəriyyəti sertifikat almışdır.
İlkin mərhələnin – İT Fundamentals kurslarının yekunu olaraq dekabr ayının 13-də mükafatlandırılma mərasimi keçirilmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT inkişafına dəstək Fondu və özəl sektorda fəaliyyət göstərən digər qonaqlarında dəvət olunduğu tədbir xanımların mükafatlandırılması, layihə çərçivəsində görülən işlərə dair hesabat və gələcək mərhələlərin açıqlanması ilə yadda qalmişdir. 2016-ci ildə davam edəcək layihənin növbəti mərhələsindən xəbərdar olmaq istəyirsinizsə, https://goo.gl/2tOBSy keçiddən istifadə edərək, xəbərlərə abunə ola bilərsiniz.
Qeyd edək ki, WOWOMAN xanımların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və mütəmadi olaraq xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminarların, kursların və tədbirlərin təşkil olunması ilə məşğul olur. WOWOMAN komandasının qarşısına qoyduğu mühim məqsədlərdən biri də, xanımların İKT sektoruna olan marağını artırmaqdır. Məhz bu məqsədə nail olmaq üçün isə, WOWOMAN: Tech-Tech Xanım layihəsi yaradıldı.
İT biliklərin müasir iş mühitində rolu danılmazdır. Lakin, mövcud stereotiplər bu bacarıqların xanımlar tərəfindən çətin öyrənildiyini və, ümumiyyətlə, xanımlar üçün yararlı olmadığı deyir.
WOWOMAN: Tech-Tech Xanımın məqsədi məhz bu stereotipi qırmaq, və xanımlarımızın İT bacarıqlarını inkişaf etdirməklə, onların mövcud iş imkanlarını artırmaqdır.