Bəzi DNS record -lar
SOA record (Start Of Authority)
SOA record tərkibində domenin tam adı , DNS serverin adı, zonanın administratorlarının adı qeyd olunur.
- Serial Number – DNS də dəyişiklikləri qeydə alır. Replication edən DNS lər dəyişiklik olub olmadığını serial number – i müqayisə etməklə təyin edirlər.
- Refresh – (900 san) serial number – i yolamaq üçün müraciətin yenilənmə vaxını təyin edir.
- Retry – (600 san)refresh time müddətində DNS dən cavab gəlməzsə yeni sorğu refresh time müddətinə deyil, məhz retry time müddətinə yerinə yetirilir.
- Expire – (86400 san və ya 1 gün) kifayət qədər retry olmasına bamayaraq əsas DNS dən sorğuya cavab ala bilməyən DNS lər expire time müddətinə DNS xidmətini yerinə yetirməkdən imtina edirlər.
- TTL (Time To Live) client computer – lərin cache – də digər computer – lərin ip lərinin yenilənmə vaxtını təyin edir.
6.NS – zonada xidmət göstərən DNS serverlərin adlarını qeyd edir.
Resource records
- A record – adı İP ünvana çevirən yazı tipidi. Tərkibində hostun adı, client computer – in cache -də yenilənmə müddəti, yazının tipi və ada uyğun İP ünvanı göstərir:
2. CNAME – hosta bir İP ünvanı üzərindən bir neçə adla müraciət olunmasını təmin edən yazı tipidir. Tərkibində verilimiş adlardan əlavə A yazısının da məlumatlarını saxlayır. Hosta əsas adından başqa adları ilə sorğu gəldiyində DNS CNAME yazısına uyğun A yazısına müraciət edir:
3. MX – yazı tipi mail server – ə yönləndirmək üçün mövcutdur.Belə ki, hosta göndərilmiş mail MX yazının olub olmadığını yoxılayır. MX yazı tipi tapılmayanda cavab olaraq göstərilmiş hostun mövcud olmadığı qeyd olunur. MX yazı tipi tərkibində domen – in adını, TTL – i, mail serverin prioretini və mail serverin ünvaninı saxlayır. Adətən iki mail server ünvanı qeyd edilir. MX yazı tipində sorgu ilk olaraq prioriteti kiçik olan mail ünvana müraciət edir:
4. SRV – domen – in hansi servisinin server – in hansı port üzərindən hansı protokolla alindığını təyin edir. SRV yazı tipi Active Directory xidməti mövcud olduğunda istifadə edilir:
5. PTR – ip ünvanları ad ünvanina çevirən yazı tipidir. PTR yazısı İP ünvanları,TTL – i və hostun adını özündə saxlayır:
Forwards bölməsi hər hansisa bir domenlə çox işlədiyimizdə o domain lə əlaqə qurmaq üçün root domenlərə getməmək üçün təyin edilir. Yəni müraciətin daha sürətli getməsi üçündür.
Recurciev query -de axtarilan İP ünavni DNS serverlər müəyyən edir. Yeni DNS serverlerin qarşılıqlı informasiya mübadiləsi ilə müəyyənolunur. İterativ query -də isə axtarılan İP ünvan zonanın DNS – də yoxdursa, hostun özünün təyin etməsi tələb olunur. Bu zaman dns client İP ünvanı təyin etmək üçün digər DNS lərə müraciət edir.
Şərhlər ( 3 )
Əla Cavid, ardı gəlsin…
Chox sag olun, muellim
Çoxdandır axtardiğim yazı. Əla.