Server üzərindən domain-dəki bütün kompüterlərin lokal admin parolunu dəyişmək.

Salam cənablar. Windows server 2012r2 standart üzərindən domendəki olan bütün kliyent kompyuterlərin lokal admin parolunu necə dəyişmək olar ?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2213 dəfə

Cavablar ( 5 )

  1. Salam,
    Windows Server 2012 R2’də çalışmır. Aşağıdakı patçarla microsoft bu funksiyanı ləğv elədi.
    Microsoft Security Bulletin MS14-025
    KB2962486

    Bu funksiya böyük təhlükəsizlik açığı idi.
    Əgər test məqsədi ilə baxmaq istəyirsinizsə, Windows Server 2012`də aşağıdakı məqaləyə baxıb edə biıərsiniz.

    http://www.technet.az/2013/11/15/gpo-il%C9%99-yerli-administrator-sifr%C9%99sinin-d%C9%99yisdirilm%C9%99si/

  2. Çox sağ olun Turqut bəy.

  3. səhv etmirəmsə bunu scriptlər vasitəsi ile etmək mümkündür.

  4. Salam,
    
    mes:
    net user administrator  p@ssw0rd123   -  cmd den admin parolunun deyise bilerik
    Bu commandi  .bat  fayla cevirsek  eyni isi bat fayl edecek.  Ehtiyac yaranarsa commandin evveline  runas uygun sekilde elave edile biler. 
    
    Sonra GPO vasitesile bu bat fayli  startup/logon  script kimi komputerlerde run etmekle parolu deyismek mumkun olar.
    
    
    

Cavab yazın