Debian/Ubuntu əməliyyat sistemlərində şəbəkə kartlarının quraşdırılması

Debian/Ubuntu əməliyyat sistemlərində şəbəkə kartlarının quraşdırılması

 

  • Şəbəkə kartlarının haqqında informasiya əldə etmək üçün “ifconfig -a” əmrini daxil edirik

     
     nurlan@ubuntu:~$ ifconfig -a
     eth0      Link encap:Ethernet  HWaddr 00:0c:29:c4:39:23
               inet addr:192.168.245.145  Bcast:192.168.245.255  Mask:255.255.255.0
               inet6 addr: fe80::20c:29ff:fec4:3923/64 Scope:Link
               UP BROADCAST RUNNING MULTICAST  MTU:1500  Metric:1
               RX packets:1971 errors:0 dropped:0 overruns:0 frame:0
               TX packets:1200 errors:0 dropped:0 overruns:0 carrier:0
               collisions:0 txqueuelen:1000
               RX bytes:164610 (164.6 KB)  TX bytes:186349 (186.3 KB)
      
     eth1      Link encap:Ethernet  HWaddr 00:0c:29:c4:39:2d
               BROADCAST MULTICAST  MTU:1500  Metric:1
               RX packets:5 errors:0 dropped:0 overruns:0 frame:0
               TX packets:26 errors:0 dropped:0 overruns:0 carrier:0
               collisions:0 txqueuelen:1000
               RX bytes:1331 (1.3 KB)  TX bytes:2900 (2.9 KB)
      
     lo        Link encap:Local Loopback
               inet addr:127.0.0.1  Mask:255.0.0.0
               inet6 addr: ::1/128 Scope:Host
               UP LOOPBACK RUNNING  MTU:65536  Metric:1
               RX packets:16 errors:0 dropped:0 overruns:0 frame:0
               TX packets:16 errors:0 dropped:0 overruns:0 carrier:0
               collisions:0 txqueuelen:0
               RX bytes:1184 (1.1 KB)  TX bytes:1184 (1.1 KB) 
    

Göründüyü kimi “eth0”“eth1” şəbəkə kartlarımız və “lo” loopback interfeys kartımız var. “eth0” şəbəkə kartımız konfiq edilib. Gəlin biz də “eth1” şəbəkə kartını konfiq edək

 

  • “eth1” şəbəkə kartını DHCP klient olaraq konfiqurasiya edək. Təbii ki, bunun üçün şəbəkimizdə DHCP server mövcud olmalıdır

Qeyd: Hər bir əmrin qarşısında yazılan “sudo”, bu əmri yerinə yetirməyə ixtiyarı olmayan istifadəçilər üçün istifadə olunur. “nurlan” istifadəçisi kimi. ROOT istifadəçisi üçün “sudo”-ya ehtiyac qalmır

 

 
 nurlan@ubuntu:~$ sudo dhclient eth1 

DHCP-dən İP ünvanı alıb almadığımızı yoxlayaq

 

 
 nurlan@ubuntu:~$ ifconfig eth1
 eth1      Link encap:Ethernet  HWaddr 00:0c:29:c4:39:2d
           inet addr:192.168.199.129  Bcast:192.168.199.255  Mask:255.255.255.0
           inet6 addr: fe80::20c:29ff:fec4:392d/64 Scope:Link
           UP BROADCAST RUNNING MULTICAST  MTU:1500  Metric:1
           RX packets:8 errors:0 dropped:0 overruns:0 frame:0
           TX packets:37 errors:0 dropped:0 overruns:0 carrier:0
           collisions:0 txqueuelen:1000
           RX bytes:2075 (2.0 KB)  TX bytes:4292 (4.2 KB)
 

Göründüyü kimi DHCP serverdən 192.168.199.129/24 ünvanını aldıq

 

  • eth1” şəbəkə kartına DHCP klientin həmişəlik tətbiqi üçün aşağıdakı sətirləri /etc/network/interfaces faylına yazmaq lazımdır və ya dəyişiklik etmək lazımdır

 

 
 nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces
 # eth1 shebeke kartinina hemishelik dhcp klient qurashdirmasinin tetbiqi
 auto eth1
   iface eth1 inet dhcp
 
  • “eth1” şəbəkə kartına Statik ip ünvanı təyin edək

Şəbəkə kartında DHCP klient servisini dayandıraq

 

 
 nurlan@ubuntu:~$ sudo dhclient -x eth1 

Statik İP ünvanı təyin edək

 

 
 nurlan@ubuntu:~$ sudo ifconfig eth1 192.168.199.129/24 

Yoxlayaq. Göründüyü kimi yeni ip ünvanı təyin olunmuşdur

 

 
 nurlan@ubuntu:~$ ifconfig eth1
 eth1      Link encap:Ethernet  HWaddr 00:0c:29:c4:39:2d
           inet addr:192.168.199.129  Bcast:192.168.199.255  Mask:255.255.255.0
           inet6 addr: fe80::20c:29ff:fec4:392d/64 Scope:Link
           UP BROADCAST RUNNING MULTICAST  MTU:1500  Metric:1
           RX packets:21 errors:0 dropped:0 overruns:0 frame:0
           TX packets:47 errors:0 dropped:0 overruns:0 carrier:0
           collisions:0 txqueuelen:1000
           RX bytes:4082 (4.0 KB)  TX bytes:5624 (5.6 KB)
 
  • Şəbəkə kartına Statik İP ünvanını həmişəlik təyin edək ki, yenidən-yüklənmədən(reboot) sonra da yadda qalsın. Bunun üçün aşağıdakı sətirləri /etc/network/interfaces faylına yazmaq lazımdır və ya dəyişiklik etmək lazımdır

 

 
 nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces
 # eth1 shebeke kartinina hemishelik statik ip qurashdirmasinin tetbiqi
 auto eth1
   iface eth1 inet static
   address 192.168.199.129
   netmask 255.255.255.0
 
  • Ubuntu maşınına Default Gateway vermək üçün aşağıdakı əmri daxil edirik

 

 
 nurlan@ubuntu:~$ sudo route add default gw 192.168.245.2 eth0 

Routing cədvəlini yoxlayaq. Gördüyümüz kimi maşınımız eth0 şəbəkə kartı vasitəsi ilə 192.168.245.2 ip ünvanı üzərindən dünyaya çıxır

 

 
 nurlan@ubuntu:~$ netstat -rn
 Kernel IP routing table
 Destination      Gateway            Genmask        Flags    MSS   Window    irtt          Iface
 0.0.0.0          192.168.245.2      0.0.0.0        UG        0      0         0            eth0
 192.168.199.0    0.0.0.0            255.255.255.0  U         0      0         0            eth1
 192.168.245.0    0.0.0.0            255.255.255.0  U         0      0         0            eth0
 
  • Default Gateway-i həmişəlik əlavə etmək üçün /etc/network/interfaces faylında müvafiq şəbəkə kartı konfiqurasiyasının altına əlavə etmək lazımdır.

 

 
 nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces
 # Esas shebeke karti
 auto eth0
  iface eth0 inet static
  address 192.168.245.145
  netmask 255.255.255.0
 # Default gateway ucun istifade olunmali setir ashagida qeyd olunmusdur
  gateway 192.168.245.2
 
  • Static routing əlavə etmək üçün (misalçün 10.0.0.0/24 şəbəkəsinə 192.168.199.2 ip-i üzərindən)

 

 
 nurlan@ubuntu:~$ sudo route add -net 10.0.0.0/24 gw 192.168.199.2 

Routing cədvəlini yoxlayaq

 

 
 nurlan@ubuntu:~$ netstat -rn
 Kernel IP routing table
 Destination    Gateway           Genmask        Flags    MSS    Window   irtt           Iface
 0.0.0.0        192.168.245.2     0.0.0.0        UG        0       0       0              eth0
 10.0.0.0       192.168.199.2     255.255.255.0  UG        0       0       0              eth1
 192.168.199.0  0.0.0.0           255.255.0      U         0       0       0              eth1
 192.168.245.0  0.0.0.0           255.255.255.0  U         0       0       0              eth0
 
  • Static routing-i həmişəlik əlavə etmək üçün /etc/network/interfaces faylında qeyd etmək lazımdır

 

 
 nurlan@ubuntu:~$ sudo nano /etc/network/interfaces
 # Static Routing-i hemishelik elave etmek ucun "up route"-la başlayan setri elave etmek lazimdir
 auto eth1
   iface eth1 inet static
   address 192.168.199.129
   netmask 255.255.255.0
   up route add -net 10.0.0.0/24 gw 192.168.199.2
 
  • DNS Serverlərin ünvanlarının konfiqurasiyası üçün aşağıdakı sətirləri /etc/resolvconf/resolv.conf.d/base əlavə etmək lazımdır

 

 
 # Google-un public DNS serverleri
 nameserver 8.8.8.8
 nameserver 8.8.4.4
  

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Fərəcov

Şərh yazın