MDaemon serverdə göndərilən məktublar gedib çatmır

Salam hörmətli  TechNet.az komandasının üzvüləri. Mən bir problemlə qarşılaşmışam.Yeni mail Mdaemon 13-lə mail server qurmuşuq. Bu serverə göndərilən məktublar gəlib çatır. Amma serverdən göndərilən məktublar istifadəçiyə gedib çatmır. Onuda xatırladm ki, Mdaemon yerləşən serverlə  domenimizin serveri ayridi. Yəni IP-lərdə fərqlidir. Zəhmət olmasa bu problemin həllində mən  kömək olun. Təşəkür edirəm

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1909 dəfə

Cavablar ( 3 )

  1. Salamlar,

    Zəmət olmasa məktubun çatmadığı barədə geri dönən cavabı paylaşa bilərsiniz?

  2. Toğrul bəy,

    Bildirşin vaxtı ilə bağlıdır. Ola bilsin 2 gün sonra geri dönüş olsun. Digər məsələ isə həmin serverin çölə smtp portlarını açıq olub olmadığını və göndərdiyi DNS sorğularında problem olub olmadığına baxın. Növbəti məsələ isə PTR recordların olub-olmadığı, ip bazasının black listə düşüb düşmədiyini. Ən əsası İSP-nizin smtp portunu bloklayıb-bloklamadığını dəqiqləşdirin. Əgər mesajın çatmağı ilə bağlı hər hansı bir geri dönüş yoxdursa. Deliveri Reportların aktiv olub olmadığını da gözdən keçirin.

    Uğurlar

Cavab yazın