Exceldə aylıq faiz dərəcəsinin hesablanması (RATE)

Kredit –  Bu termin hər kəsə olduqca yaxın bir maliyyə terminidir. Günümüzdə banklardan kredit götürmüş şəxslərin sayı kifayət qədəridir. Bu yazımda kreditin aylıq faiz dərəcəsinin hesablanması haqqında yazacam.  Aylıq faiz dərəcəsinin hesablanması üçün RATE funksiyasından istifadə edilir.

Sintaksisi: =RATE(kredit ödəniləcək ayların sayı;ödəniş məbləği;kredit götürülən məbləğ)

Fərz edin ki, 1000 azn məbləği 12 ay müddətinə ayda 100 azn ödəniş etməklə kredit götürmüsünüz.

tp1

Aylıq faiz dərəcəsini hesablayaq.

trate2

Aylıq faiz dərəcəsi 2.92% olduğu məlum oldu.

Qeyd edim ki, ya aylıq ödəniş məbləği və ya geri qaytarılacaq məbləğdən ikisindən biri mənfi olaraq funksiyaya daxil edilməlidir. (Bizim nümunədə aylıq ödəniş mənfi olaraq daxil edilmişdir.)

Ümid edirəm faydalı oldu. Növbəti yazılarımda digər funksiyalar haqqında yazacam.

#BilikPaylashdiqcaArtar

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın