eGov yeni onlayn imzalayıcını istifadeyə verib

Google Chrome brauzerinin 45-ci versiyadan etibarən NPAPİ dəstəyini dayandırması səbəbindən Elektron Hökümət portalında (https://www.e-gov.az) istifadə olunan xidmətlərdə yeni onlayn imzalayıcıdan istifadee edilməyə başlayıb. Yeni onlayn imzalayıcıdan Google Chrome brauzerində də istifadə etmək mümkündür. Yeni onlayn imzalayıcını proqramının qurulma qaydası və tələb olunan proqramlar barədə http://e-imza.az/e-signer.php?tp=esignature&ide=59&lang=az ünvanından ətraflı məlumat əldə edə bilərsiniz. Yeni onlayn imzalayıcının qurulması zamanı sistemdə .Net Framework 4.5 olması tələb edilir. Onlayn imzalayıcı hal-hazırda bir çox qurumların insan resursları ilə çalışan struktur bölmələrində aktiv istifadə olunur.

Müəllif: Kənan Əkpərov

Şərh yazın