Windows Disk CleanUp
Disk Cleanup (cleanmgr.exe) vasitəsi ilə bilgisayarımızın disklərində yer boşalda bilərik. Bu proqram Microsoftun məhsuludur və Windows əməliyyat sistemlərinin içində gəlir. Proqram diskin içində axtarış edir və uzun zamandır istifadə edilməyən lazımsız faylları tapır və silə bilir. Proqram aşağıdakı bölmələr üzrə axtarış və analiz edir:
- Setup log files – Quraşdırma zamanı əmələ gələn log fayllar
- Downloaded program files – İnternet üzərindən endirilmiş proqram faylları
- Temporary Internet files – Müvəqqəti İnternet faylları
- Offline web pages (cached) – Oflayn veb səhifə faylları (keşdəki fayllar)
- Compression of old files – Sıxlaşdırılmış fayllar
- Error reporting files – Xətalar haqqında hesabat faylları
- Recycle Bin – Zibil qutusu
- Temporary Windows files – Müvəqqəti Windows Əməliyyat sisteminin faylları
- Thumbnails – Kompüterdə olan sənəd, video və şəkillərin kiçik ölçülü şəkillərini(eskiz) yaradıb saxlayır. Silindiyi təqdirdə, o faylları yenidən açdığımız zaman thumbnaillər yenidən yaradılır.
Clean Up System Files – Düyməsinin köməyi ilə sistem faylları arasında axtarış edib lazımsız faylları tapmaq və daha sonra silmək mümkündür. Düyməni basdıqdan sonra, aşağıdakı bölmələr ortaya çıxır.
- Windows Defender
- Windows Upgrade log files – Windowsun qurulması və yeni versiyaya yüksəldilməsi zamanı yaranan problemlər haqqında loglar faylları
- System memory error dump files
- Device driver packages – Əməliyyat sistemi Windows Update və digər mənbələrdən yüklədiyi bütün driver fayllarını və versiyalarını saxlayır. Silindiyi zaman köhnələr silinir. Yeniləri saxlanılır.
- Windows Update Cleanup – Əməliyyat sistemi Windows Update serverdən yüklənmiş Yeniləmə Paketlərinin bir nüsxəsini saxlayır. Qurulmadan sonra bu setup fayllara ehtiyacımız olmur. (Restart tələb edilə bilər.)
- Service pack backup files – Service Pack yazıldıqdan və ya Əməliyyat sistemi yeni versiyaya upgrade edildikdən sonra köhnə sistem faylları diskdə çox böyük yer tutur. Bu fayllar silinərsə, downgrade etmək imkanını yəni köhnə sistemi qaytarmaq imkanını itirmiş olacağıq.
More Options bölməsində Programs and Features və System Restore and Shadow Copies içində təmizlik etmək imkanımız var.
- Programs and Features – İstifadə etmədiyimiz proqram və funksiyaları silmək imkanı verir.
- System Restore and Shadow Copies – Yaradılmış “bərpa anı” (və ya “bərpa nöqtəsi” – əgər bu funksiya windows-da aktivdirsə, bərpa nöqtəsi yaradılıbsa, sistemdə problem yarandığı zamanı keçmiş tarixə sistemi bərpa etmək imkanı verir. ) silməklə yer boşaltmaq imkanı verilir.
Yükləmə linki: Windows ƏS daxildir.
Hardan almaq olar?:
Technet reytinq: