İTİL Aktivlər – Bacarıqlar və Resurslar

Aktivlər (Assets)- Bacarıqlar (Capabilities) və Resurslar(Recources).

Salam dostlar. Bu məqaləmizdə Sizə İTİL-in terminlərindən olan Bacarıqlar və Resurslar haqqında məlumat verəcəm.

Xidmət göstərənlər və müştərilər üçün 2 tip əsas müsbət keyfiyyətlər vardır: Bacarıqlar və resurslar.

Müəssisələr bu aktivlərdən  istifadə edərək üstünlüklər və xidmət şəklində dəyərlərini artırırlar.

Bacarıqlar və resurslar aşağıdakılardan ibarətdir

Bacarıqlar Resurslar
İdarəetmə(Management) Maliyyə kapitalı (Financial Capital)
Təşkilatçılıq (Organization) İntrastruktur (İnfrastructure)
Prosesslər (Processes) Saylı insanlar (People(number of employees))
Bilik (knowledge) İnformasiya (information)
İnsanlarda təcrübə və məharət (People(experience,skills))  Proqram təminatı (application)

 

Resurslar adətən pulla əldə edilə bilir. Məsələn Server avadanlığı resursdur, hansı ki biz bunu pulla əldə edə bilərik.
Bacarıqlar şirkətə dəyər əldə etmək üçün  resursların düzgün tətbiq edilməsinə, onların idarə olunmasına və koordinasiya olunmasına şərait yaradır. Bacarıqlar adətən müəyyən zaman ərzində əldə edilə bilər. Bacarıqları təcrübə, intensiv bilik əldəetmə və s əsasında əldə etmək olar. Məsələn: Kitab bir resursdur, hansı ki biz “windows server administration“ kitabını pulla ala  bilərik amma biz bacarığı dərhal (birbaşa) əldə etmək üçün   pul xərcləyə bilmərik.

Gələn məqalələrimizdə görüşənədək, salamat qalın.

 

 

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərh yazın