Exceldə Fill menyusunun işimizə yarayacaq 6 metodu

Bəzən işimizin tələblərinə uyğun xanalara yazılan ədədləri ədədi və ya həndəsi silsilə ilə sıralamaq, tarixləri müvafiq olaraq illər,aylar və ya günlər üzrə sıralamaq zərurəti yaranır. Bunun üçün Exceldə Home-Fill menyusundan istifadə edəcəyik. Vaxt itirmədən nümunələr üzərindən izahata keçək .

1. Excel xanasına yazılan ədədlərin ədədi silsilə ilə sıralanması.

Fərz edək ki, bizə A1 və A5 xanasına yazılacaq ədədlərin hər növbəti vahidi əvvəlkindən 5 vahid çox olan bir ədədi silsilə yazmaq zərurəti yaranır. Bunu Fill Menyusundan istifadə edərək aşağıdakı kimi edə bilərik.

liner_fill

2. Excel xanasına yazılan ədədlərin həndəsi silsilə ilə sıralanması.

Fərz edək ki, bizə A1 və A5 xanasına yazılacaq ədədlərin hər növbəti vahidi əvvəlkindən 5 dəfə çox olan bir həndəsi silsilə yazmaq zərurəti yaranır. Bunu Fill Menyusundan istifadə edərək aşağıdakı kimi edə bilərik.

growth_fill

3. Excel xanasına yazılan tarixlərin aylara görə sıralanması.

Fərz edək ki, biz kreditlərin ödəniş cədvəlini hazırlayırıq. Bizə lazımdır ki, A1:A15 xanalarına yazılan tarixlərin hər növbəti ayın eyni günü olmaqla sıralasın. Bunun üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

datemonth_fill

4. Excel xanasına yazılan tarixlərin illərə görə sıralanması.

Biz yuxarıda göstərdiyimiz misalda əgər illər üzrə sıralama aparmaq istəsək aşağıdakı əməliyyatları yerinə yetirməliyik.

dateyear_fill

5. Excel xanasına yazılan tarixlərin iş günlərinə görə sıralaması.

Fərz edək ki, biz elə bir tarixləri yazmalıyıq ki, bu günlər ancaq iş günlərindən ibarət olsun. Bu cür sıralama aparmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməliyik.

dateworkday_fill

 

6. Excel xanasına yazılan ədədlərin özündən əvvəlkinə nisbətən 1 vahid artmasını istənildiyi zaman AutoFill seçimini edə bilərsiniz.

Qeyd: Fill pəncərəsi açılan zaman StepValue hər növbəti ədədin və tarixin əvvəlkindən nə qədər fərqlənəcəyini göstərir. Stop Value isə sıralamanın hansı ədədə kimi davam etməsini göstərir.

Faydalı olacağı düşüncəsiylə,

#BilikPaylashdiqcaArtar

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın