Mavi ekran
Salam dostlar. 3d max , archicad kimi programlarla işləmək ucun PC yigdiq. Lakin bir problemlə qarşılaşmışıq. Belə ki, render edən zaman şəkildəki kimi mavi ekran çıxır. Səbəbi nə ola bilər?
PC specification
Asus SABERTOOTH X79 (2011 /8xddr3/3xPCİ-E) anaplata
Asus GTX780 -DC2OC-3gd5 3072Mb
DDR3 4Gb Kingston 1600MHz Hyper X fury HX316C10F/4
Baxılıb: 3183 dəfə
Bu sual Göy ekran (Blue Screen of Death) məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 9 )
Salam,
Bu BSOD (Blue Screen Of Death) problemidir.. Bunun səbəbi həm software, həm də hardware ola bilər..
İlk öncə işimizin asan olması üçün software hissəsinə baxaq.. Deməli, Safe Mode (F8) rejimində kompüterə daxil olmağı yoxlayın.. Əgər, həmin vaxtda bu error olmarsa, çox güman ki, problem əməliyyat sistemindədir.. Bu zaman problem videokartın drayverində də ola bilər, son yüklədiyimiz programlarda da.. Videokartın drayverin yenidən yaza bilərik (rəsmi saytdan), sonuncu yazdığımız programı silə bilərik..
Əgər, Safe Mode rejimində yenə də problem davam edirsə, çox güman ki, problem hardware hissəsindədir.. Bu zaman əməliyyat sisteminin diskindən boot olub, cmd pəncərəsinə keçib orada chkdsk /r etmək lazımdır.. Bu əmr hard diskdə olan problemləri aradan qaldırır.. Əgər problem yenə də davam edərsə, videokartın slotun dəyişib yoxlamaq olar (yaxud 2-ci videokartı ana platadan ayırıb).. Yəni, hər bir qurğunu yoxlamaq lazımdır.. PSU-nu yoxlamaq (enerji paylanmasında problem ola bilər), RAM-ı yoxlamaq və s.
Salam İlqar bey.Men qeyd etmisem .Normalda sistemde problem yoxdur. Diger isler normal gedir ancaq Render eden zaman bu xəta mesajları çıxır.ona görə düşünürəm ki, bios dan yoxlamağa ehtiyac yoxdur.
sistem SSD dədir. Diskdən olma ehtimali da azdır.Yungul file render edən zaman olmur.nisbətən murekkeb dizaynları render edən zaman olur
BIOS versiyasini yenileyin. yeniden yoxlayin. Ola bilsinki prosessor tezliklerini bios duzgun teyin etmir. Anaplatanin software sehifesine daxil olub sizin anaplata ucun en yeni bios versiyani yukleye bilersiz.
Salam Bəxtiyar bəy.
BSOD (Blue Screen of Death) baş verən zaman C:WindowsMinidump
qovluğunda “dump” yaddaş faylında saxlanılır, məsələn: 052115-31328-01.dmp adında. Problemi həll etmək üçün həmin “dump” faylı təhlil edilməlidir. Həmin faylı əməliyyat sistemi, cihaz və ya driver istehsalçısına göndərmək olar. “Dump” yaddaş fayllarını təhlil etmək üçün çox lazımlı bir proqram tövsiyə edə bilərəm:
BlueScreenView v1.55
Həmin proqram vasitəsilə problemli driveri və ya cihazı tapa bilərsiniz, məsələn:
Çox sağolun Rauf müəllim.Yoxlayib nəticə haqda yazacam.
Salam,
Blue Screenlə bağlı bu məqaləni oxumanızda fayda vardır. Zəhmət olmazsa, axtarış hissəsindən istifadə edin problemlə qarşılaşdığınız zaman.
http://www.technet.az/2013/08/13/goy-ekran-blue-screen-of-death/
Təşəkkür .Oxudum ancaq tam olaraq bu xətalar yoxdu məqalədə.Biosu bir dəfə update etmişdim bir neçə ay əvvəl.ancaq xeyri olmadı . Ona görə bura yazmağı qərara aldım dəyərli müəllimlərdən kömək alım.
Əcəb etmisiniz 🙂 TechNet.Az ın məqsədi və məramı budur zatən. Sadəcə əvvəlcədən maksimum səliqəyə riayət etsək və təkrarçılıqdan qaçsaq bu zaman daha keyfiyyətli və səliqəli resurs çıxarda bilərik ortaya.
Rauf bəyin göstərdiyi üsulla blue screen-in yaranma səbəbini dəqiqləşdirib, ona uyğun həll axtarmaq gərəkdir.
Təşəkkür edirəm.
Cavab yazan hər kəsə minnətdaram.Nəzərinizə çatdırım ki, bir neçə gün əvvəl PC ni gətirib bios un yeni versiyasını yazdım. Overclock rejimdə işlədiyinə görə ancaq render vaxtı bu xəta baş verirdi.Yəni render edən zaman prosessorun yüklənməsi artıq tezliyi yüksəldiyinə görə bios la uzlaşmırdı.Hələki yeni versiyada bir neçə test etdim problem olmadı.düşünürəm ki əsas səbəb elə bu idi.