PfSense yeniləmə əməliyyatları
Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “PfSense” üzərində “update” (yenilənmə) əməliyyatlarından bəhs edəcəyik.
Əvvəla onu qeyd edək ki, “PfSense” üzərində iki cür yenilənmə imkanı mövcuddur:
- Manual Update (Əllə yeniləmə)
- Auto Update (Avtomatik yeniləmə)
Əgər köhnə versiya istifadə ediriksə, web interfeysə daxil olarkən yeni versiyanın var olub olmadığı yoxlanılaraq bizə bildirilir.
Göstərilmiş hissəyə tıklayaraq “Auto update” bölümünə keçid edə bilərik və ya “System -> Firmware” yolunu izləməliyik.
- Manual Update
“System -> Firmware” yolunu izləyərək keçdiyimiz bölmədə ilk başlıq “Manual update“-dir.
Əllə yenilənməni aktiv etmək üçün “Enable firmware upload” seçirik. Bu səhifə artıq aşağıdakı hala keçəcək.
Əllə yenilənməni qurmaq üçün ilk əvvəl “update” (yenilənmə) faylını “PfSense“-in rəsmi səhifəsindən yükləməliyik.
Yükləmə üçün: https://www.pfsense.org/download/
Sonuncu yenilənməni seçərək yükləyirik. Bundan sonra “PfSense” üzərində yuxarıda göstərdiyimiz səhifədə “Choose File” deyərək yüklədiyimiz “.tgz” uzantılı faylı seçirik. Əgər əvvəlki versiyanın “backup“-nı almaq istəyiriksə, “Perform full backup prior to upgrade” qutucuğunu işarələməliyik. Daha sonra “Upgrade firmware” deyərək yükləməni həyata keçirə bilərik.
- Auto Update
Avtomatik yenilənmə zamanı ilk öncə “Updater Settings” bölümünə nəzər salıb, tənzimləmələri həyata keçiririk.
“Default Auto Update URLs” başlığı qarşısında sistemimizin 32 bit və ya 64 bit olmasını seçirik. Bizim istifadə etdiyimiz “PfSense” 64 bit-dir. Bu zaman “Firmware Auto Update URL” (yenilənmələrin yüklənəcəyi ünvan) avtomatik olaraq https://updates.pfsense.org/_updaters/amd64 təyin edilir.
“Unsigned images” qutucuğunu işarələsək əksik və ya etibarsız imza ilə olan yenilənmələrə icazə vermiş olaraq.
“Dashboard check” qutucuğunu işarələyərək isə Dashboard səhifəsində sistem informasiyası başlığı altında yenilənmə ilə bağlı məlumatların bildirişini dayandıra bilərik. “Save” deyərək dəyişiklikləri yadda saxlayırıq.
“Auto Update” bölümündə isə hər şey daha sadədir. Backup almaq istəyiriksə qutucugu işarələyib, “Invoke Auto Upgrade” seçməyimiz kifayətdir ki, PfSense özünü yeniləsin.
Şəkildən də göründüyü kimi yenilənmələrin yüklənilməsi başlamışdır. “Status” pəncərəsində hal-hazırki versiya, yenilənən versiya, yenilənmənin həcmi və hal-hazırki yüklənilmiş həcm və faiz göstərilməkdədir.
Yenilənmələr yükləndikdən sonra əməliyyatın tamamlanması üçün “PfSense“-i yenidən başladırıq.
Və gördüyümüz kimi artıq yeni versiya qurulmuşdur. “Auto Update” bölümündən də bunun şahidi ola bilərik.
Əgər yenilənmələrin qurulması zamanı, köhnə sistemin backup-nı almışıqsa həmin backup-lar “Restore Full Backup” başlığı altında görünər və istədiyimiz zaman həmin backup-lardan istifadə edərək sistemi əvvəlki vəziyyətinə qaytara bilərik.
Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.