CD/DVD Burning process
Salam, videoları DVD-ə ancaq 150 dq müddətində yazmaq olur ? Yəni, DVD-nin tutumu 4.7 gb olsa belə, ancaq 150 dəqiqəlik video yazılacaq ?
Bir də audio burner prosesi zamanı mən bilən CD disklər 80 dəqiqəlik mahnı tuturdu.. Ancaq Nero yox başqa burner programlarının əksəriyyətini yoxladım, dəqiqə limiti gəlmədi mp3-ü CD diskə, yaxud DVD diskə yazanda.. Bir az zəhmət olmasa, bu proseslər haqqında məlumat versəz yaxşı olar..
Öncədən təşəkkürlər..
Baxılıb: 1846 dəfə
Cavablar ( 4 )
Salam İlqər bər.
Belə məlumat verim. Birinci növbətə CD və ya DVD disklərin həcmi yəni 700mb və 4.7 Gb bu yalnız həmən disklərə məlumatın yazılması üçün nəzərdə tuta biləcəyimiz həcmdir. Tutalımkı hər hansı musiqi fayllarını biz CD və ya DVD diskinə yazmaq istəyirik əgər biz bunu faly tipində (Data formasında) diskə yazsaq məsələn mp3 fayl formatında onda biz nəzərə almalıyıq ki bizim ümumi mp3-lərimizin həcmi diskin həcmini keçməsin burda musiqinin oxuma vaxtı maraqlı olmur. 3 dəq musiqi əla keyfiyyətdə 10mb-da ola bilər aşağı keyfiyyətdə 2mb ola bilər. Yalnız yox biz Audio CD yaradırıqsa onda bizim mp3-lərin həcmi yox ümumi oxuma uzunluğunu nəzərə almalıyıq. Bu hadisə elə DVD faylları üçündə keçərlidi. Yəni qəsaca Audio disk və ya dvd formatda kino diski yaratdıqda diskin üzərindəki vaxt nəzərə alınmalıdı yox məlumat (data ) diski yaratdıqda isə diskin həcmi nəzərə alınmalıdı. Birdə DVD video diski yaratdıqda videonun bitreytidə nəzərə alınır.
Ümud edirəmki başa düşülən formada məlumat verə bildim.
Salam, Elnur bəy ətraflı məlumat üçün çox təşəkkürlər..:)
Ancaq bir şey də deyim ki, mən “Express Burner” programıyla videoları DVD-ə yazdım.. Vaxt limiti nəzərə alındı, elə digər Wondershare, DVD maker programlarında da..
Ancaq elə adı keçən programla, “Express Burner NCH” programı yəni, mp3-ü DVD-ə yaxud CD-ə yazdıqda həcm limiti nəzərə alınırdı.. Və bu diski DVD playerdə oxutmaq mümkün oldu.. Onda belə çıxır ki, mənim DVD playerim dataları oxuyur, ona görə bu mp3-ləri oxudu ?
Ola bilsin bunun ən sadə yoxlamaq üçün diski kompyuterə taxıb içindəkı faylların formatına baxmaq lazımdı əgər mp3 olaraq qalıbsa bəli sizin dvd player təkcə dvd və audio cd yox başqa formatlarıda oxuya bilir.
DVD-lərdə mən bilən format .vob olmalıdır.. Bəs, audio-larda nə olmalıdır ?
Bir də mp3 kimi yazmaqla, audio kimi yazmağın nə fərqi var ?
Sizə də əziyyət verirəm..