Android Notların köçürülüməsi (Zametka)

Salam. Huawei Ascend Y530-dur. Bu telefonda Notlar (Zametka) var. Aşağıdakı şəkildə gördüyünüz kimi :

gCyvERK

Bu Notlar (Zametkaya) çox lazımlı məlumatlar yazmışam. Amma yazdıqlarımı paylaşa bilmirəm. Başqa telefona bulutuznan göndərə bilmirəm. Telefonumu format etmək istəyirəm amma bilmirəm bunları necə göndərim ki, bu telefonu format edəndə o birsi telefonda qalsın. Zametkalarım. Kopyalamaq olur amma göndərmək olmur. Necə bulutuznan göndərə bilərəm ? Mənə çox vacib lazım olan məlumatlar var. Çoxlu yazmışam. Əvvəlcədən təşəkkür edirəm

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1972 dəfə

Cavablar ( 6 )

    • Araz Ayyubov / . Dərc edilib:A 19/04/2015 at 11:11 Səhər
      Səs: +2. Bəyənilsin Zəifdir

    Salam İbrahim bəy, TechNet.Az-a xoş gəlmisiniz.

    Sizin verdiyiniz sualı internetdə bir az araşdırdım. Görünən odur ki, Huawei smartfonlarında bu ciddi çatışmazlıqdır. Paylaşılan təkliflər arasında yeganə həll yolu, notları bir-bir açıb Copy+Paste edərək köçürməkdir. Bu Notes applicationu ancaq not yazmaq və silmək imkanı verir və İmport/Export kimi funksiyaları yox imiş yazılanlara görə. Bəzi istifadəçilər sistem içində bu notların harda saxlandığını axtarıb bir nəticə əldə etməyiblər.

    Tövsiyyə edirəm ki, note-larınızı Evernote app-dan istifadə edəsiniz. İnformasiya buludda saxlanılır və cihazınız xarab olsa da, qeydləriniz itməyəcək.

    Bəlkə də hansısa üsulla notları toplu çıxartmaq mümkündür, amma bunun üçün böyük ehtimalla root səviyyədə manual müdaxilə lazımdır.

    • Çox sağolun bu məlumata görə. Birdə bir şey soruşum sizdən. Siz mənə Evernote proqramının bütün funksiyalarını deyə bilərsiz ? Evernote haqqda. Axtarış sistemi var Evernote proqramında ? Yəni mənim çoxlu notlarım var. Evernote bir-bir yükləyəndən sonra istədiyim not üçün axtarış edib tapa biləcəm. Axtarış yeri var ? Birdəki siz qeyd etmisiz ki :

       

      Bəlkə də hansısa üsulla notları toplu çıxartmaq mümkündür, amma bunun üçün böyük ehtimalla root səviyyədə manual müdaxilə lazımdır.

       

      Telefonum ROOT-dursa bunu necə edə bilərəm ?

      • İbrahim bəy, bəli evernote-da axtarış imkanı var. Huawei-də olan Notes app-dan azı 100 dəfə çox geniş imkanlara sahibdir və rahatdır. Mütləq yükləyib, yoxlayın. 

        Root məsələsinə gəlincə, bu sadəcə ehtimaldır. Telefonda olan istənilən informasiya ya daxili ya da card yaddaşında mütləq yer alır. Yəni sizin o Notes App-ının içindəki informasiya da hardasa telefonda yer alır. Amma harda nə formadadır? bu barədə məlumat tapa bilmədim. Əgər saxladığını yer və fayllar tapılsa, bəlkə də ordan toplu çıxartmaq olardı. Amma indilik məlum olan yeganə  üsul bir bir köçürməkdir. 

  1. Mənə 2 notlar proqramı deyiblər. Biri siz qeyd etdiyiniz Evernote proqramı. Biridə ki, Google Keep – not ve listeler proqramı. Bunlardan ən yaxşısı, ən gözəli və ən keyfiyyətlisi hansıdır ?

  2. Evernote proqramında pulsuz Premium necə almaq ? Evernote Premium proqramı bilən varsa xayiş edirəm linkin atsın

     

     

Cavab yazın