Secondary Zone nədir?

 Salamlar hərkəsə,  birinci şəkil mənim master DNS serverim , ikincisi isə əsas zone üçün secondary zone ,   sualım odur ki secondary zone  əsas zone-nun read-only kopyasını saxlamalı deyil?

1

sec

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 2407 dəfə

Cavablar ( 5 )

  1. Salamlar, Görsənir ki, texniki problem var. Bir müddət gözləmək lazımdır. Əgər update olmursa Configlərdə dəyişklik olunub olnunmadığını incələmək lazımıdır. Serverlər arasında Firewall, Antivirus və s kimi cihaz, softlar mövcddursa onlarıda incələməkdə yarar var. Trafik bloklanada bilər.  Görsənən şəkildə Zonanın tam transfer olunmadığı görəsənir. Loglarda hər hansı bir problem və s. görsənirmi ?. Zəhmət olmasa hər iki serverdə ki Zone transfer bölmələrinin şəkillərini payalaşa bilərsiniz. Əlavədəki məqalə bir az köhnə olsada akutallığını qoruyur. Zonalar haqqında məlumat ala bilərsiniz.

    http://www.technet.az/2012/08/05/dns-server-haqqinda/

  1. Secondary Zone – Əsas Zonanın  read-only (yalnız oxunan) kopyasıdır. Bu kopyalanmış zona faylı təhlükəsizlik üçün başqa bir serverdə saxlanılır. Əsas Zonanın olduğu Server çökərsə digər serverdəki kopyalanmış zona faylının köməyi ilə DNS serverimzin Əsas Zonasını bərpa edə bilərik.Əsas Zonda baş verən dəyişikliklər köməkçi zonaya da transfer olunur. DNS Serverdə standart olaraq ancaq əsas zonanın NS (Name servers) –də qeydiyyat olunmuş bütün serverlərə və yaxud seçilmiş transfer etməyə icazə verilir.Bundan əlavə Əsas zon çökdüyü halda bərpa etmək olmadıqda siz köməkçi zonu əsas zona çevirə biləriz.

     

  2. xahiş edirəm ikinci şəklə baxın orda secondary zone-dur ama primary zone-da olan recordların sadəcə 3-nü saxlıyır

  3. Ola bilər ki,Secondary zonda name server düzgün göstərilmiyib.Çünki sizdə master dns -də bir neçə NS recordu var.Ona görə secondary zona master dns-in NS -ni göstərin.

  4. Salamlar, Görsənir ki, texniki problem var. Bir müddət gözləmək lazımdır. Əgər update olmursa Configlərdə dəyişklik olunub olnunmadığını incələmək lazımıdır. Serverlər arasında Firewall, Antivirus və s kimi cihaz, softlar mövcddursa onlarıda incələməkdə yarar var. Trafik bloklanada bilər.  Görsənən şəkildə Zonanın tam transfer olunmadığı görəsənir. Loglarda hər hansı bir problem və s. görsənirmi ?. Zəhmət olmasa hər iki serverdə ki Zone transfer bölmələrinin şəkillərini payalaşa bilərsiniz. Əlavədəki məqalə bir az köhnə olsada akutallığını qoruyur. Zonalar haqqında məlumat ala bilərsiniz.

    http://www.technet.az/2012/08/05/dns-server-haqqinda/

  5. problem həll olundu, sadəcəmaster DNS üzərində zone transfer  aktivləşdirilməli imiş ,çox sağulun Elgüc müəllim, eləcə də hər kəs…

Cavab yazın