Microsoft “SQL Server 2005”-in dəstəyini dayandırır

Bildiyiniz kimi, “Lifecycle Management” (Yaşam dövrünün idarə edilməsi) İT sahəsində  normal təkamül prosesinin əsas anlayışıdır. Hər gün yeni kəşflər edilir və yeni həllər tapılır və mövcud olan proqram təminatları yenilənir. Bu normal haldır və bu gün aktual olan proqram təminatı ən azı üç ildən sonra aktuallığını itirir və yenisi ilə əvəz olunur.

Microsoft məhsulları da öz növbəsində hər zaman yenilənir. Hal-hazırda  bir çox şirkətlərdə Microsoft SQL Server 2005 məhsulu istifadə olunur. Lakin  Microsoft şirkətinin Verilənlər Platformaları üzrə Vitse-Prezidenti T.K. Rengarajan-ın bloqundan aldığımız məlumata əsasən Microsoft şirkəti SQL Server 2005 bütün versiyalarının genişləndirilmiş dəstəyini təxminən bir ildən sonra 12 aprel 2016-cı ildə tamamilə dayandıracağını elan edib. Bildiyiniz kimi, dəstəyin dayandırılması təhlükəsizlik və digər vacib olan  yenilənmələrin (update) daha çıxmayacağı deməkdir.

Bir il kifayət qədər zaman olsa da, yeni versiyalara miqrasiyaların bəzən aylarla davam etməsi nəzərə alınıb. Əlavə olaraq, yəqin ki eşitmişiniz ki, bu yaxınlarda Windows Server 2003 dəstəyi də sona çatır. Yeni versiyaya miqrasiya zamanı infrastrukturun da yenidən qurulması planlaşdırılmalıdır. Miqrasiyanın vaxtında planlaşdırılmasında və həyata keçirilməsındə yardım etmək üçün Microsoft bir neçə alətləri və resursları təqdim edir.

Daha ətraflı aşağıdakı keçiddən maraqlana bilərsiniz:

 Are you still running SQL Server 2005? Now is the time to upgrade to a modern data platform

Müəllif: Rauf Khalafov

Şərh yazın