Isa server

Salam Aleykum !!! Məndə İSA server quruludu ve clientlər ipni dinamik olaraq alır yeni statik deyil DHCP quruludur və mən istəyirəmki elə edimki her istifadəçiyə internete girməsi üçün bir kod verim və bu kodla başka istifadəçi istifadə edə bilməsin və istifadə müddətini özüm təyin edim ! bu haqda məlumatı olan yoldaşlardan məlumat almağıma şad olardım . Öncədən təşəkkürlər

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1435 dəfə

Cavablar ( 7 )

  1. Salam Rauf bəy. Bu mümkündür. İSA serverdə internet 2 cür paylana bilər: İP üzərindən də Domain servis üzərindəki istifadəçi adları ilə. İlk növbədə bilmək istərdim Sizin kompyuterlər domainə qoşuludur? Qoşulu deyillərsə çıxış yolu İSA serserver yüklənmiş serverdə local istifadəçi adı açıb daha sonra İSA serverdə ona uyğun qayda qurmaq. Sualımı çavabladırdıqdan sonra addım-addım bunu necə edəcəyinizi deyə bilərik

  2. Salam,
    Əgər məqsədiniz İSA server qurmaqdırsa, Elxan bəyin dediyi kimi edə bilərsiniz.
    Sizin istədiyiniz həlli yerinə yetirən bir digər məhsul isə “pfsense”dir. Onun “Captive portal” adlı modulu vardır ki, sizin dediyiniz kimi istifadəçilərə müəyyən müddətli internet icazəsi verə bilərsiniz.
    Qeyd: Bu məhsulu şəxsən test etməmişəm. Amma siz, Test mühitində test edib yoxlaya bilərsiniz.

  3. Rauf bəy, qeyd edim ki, istifadəçilərin Dinamik IP alması Pfsense Captive Portal üçün heç bir maneə törətmir.
    Lakin sizdə İSA Server qurulu olduğu üçün, Siz məsələni ISA server üzərindən həll etmək istəyinizi anlayıram.Bu halda siz Elxan müəllimin dediyi kimi, ISA Serverdə local istifadəçilər açaraq problemi həll edərsiniz.

      • Rauf Nezerli / . Dərc edilib:A 15/04/2015 at 10:52 Səhər
        Səs: 0. Bəyənilsin Zəifdir

      anladım local istifadeciler açım açmağına ama kod meselesini nece edim bəs ki hər ip-yə kod verilsin və bu kodu başqa ip istifadə edə bilməsin ((

  4. Rauf bəy İP yə uyğun kod verilmir, sadəcə sitifadəçilər internetə daxil olduqda onlardan windowsda olan istifadəçi adının və şifrənin yazılmasını  sistem tələb edir. Xahişedirəm aşağıdakı əməliyyatları edin.

    İlk növbədə windowsda 1 qrup açın. Şərti olaraq qrup adını internet_users qoyaq. Daha sonra TMG(İSA) yə daxil oluruq.Firewall policy bölməsinə keçirik və sağ tərəfdə Toolbox panelində Users seçirik, bu bölmənin altından  New düyməsini sıxırıq. Açılan pəncərədə qrupa ad veririk. Şərti olaraq burada da internet_users yazaq.  Next sıxırıq. Daha sonra Add düyməsni sıxıb windows users and Group seçirik Enter the object names bölməsinə İnternet_users yazıb check names düyməsini sıxıb, qrup adı windowsdan tapıldıqdan sonra, qrupu seçib OK sıxırıq. Next sıxıb FİNİSH sıxırıq.

    Daha sonra biz yaratdığımız qrupa uyğun Fireüall rule qurmalığıq. Bununçün TASKs ğanelinə küçirik (Fireüall Rules bölməsində) create access rule seçirik. Yeni qaydamıza ad verib Next seçirik Allow seçib Next seçirik, İcazə verəcəyimiz protokolları seçirik və next seçirik, Source olaraq İnternal seçirik və  next seçirik, Destination olaraq External seçirik və next sıxırıq, daha sonra isə All users bölməsini açılan pəncərədən silirik və Add sıxmaqla yeni yaratdığımız internet_users qrupunu əlavə edirik. Next sıxıb FİNİSH sıxırıq.

    Daha sonra yuxarı sissədə APPLY düyməsini sıxırq ki dəyişiklikılərimiz aktivləşsin

    Bundan sonra biz windoüs üzərində hər yhansı istifadəçi adını açsaq və o adı windows üzərindəki internet_users grupuna əlavə etsək, istifadəçilər internetə girəndə yaratdığımız istifadəçi adı vəşifrənin yazılması tələb  olunacaq

Cavab yazın