Dell PowerEdge R720 üzərində iDRAC sazlanması

Hörmətli Dostlar, bu məqaləmizdə Dell PowerEdge R720 üzərində iDRAC sazlanmasını həyata keçirdəcəyik. İlk öncə məncə bir çox insana iDRAC-ın nə olduğu maraqlıdır. Qısa olaraq buna aydınlıq gətirək. Bizə bəzən serveri yenidən başlatmaq lazım olur, BIOS-na daxil olmalı oluruq və yaxud əməliyyat sistemi yazmalıyıq və.s bu kimi nümunələr göstərmək olar. Bunları həyata keçirtmək üçün biz serverin yanında olmalıyıq. Məncə hər kəs istəyər ki, server otağına getmədən bütün bunları hətta bundan artığını həyata keçirtsin. Bu zaman bizə serveri kənardan idarə etmək lazım olur. Bu kənardan idarə etməni isə biz iDRAC ilə həyata keçirdirik. Amma iDRAC-I sazlamaq lazımdır və bundan sonra biz öz yerimizdə əyləşərək, serveri rahatlıqla idarə edə bilərik.

01

Serveri yenidən başladırıq, aşağıdakı pəncərədə “F2” düyməsinə sıxaraq “System Setup”-a daxil oluruq.

1

Bundan sonra aşağıdakı pəncərə açılır.

2

Siyahıdan da gördüyümüz kimi iDRAC Settings” adlı bölmə var. Bu bölməyə daxil olub, sazlamalara başlayırıq.

3

Gördüyümüz kimi bir çox bölmələr var. Amma bizə ilk öncə “Network” bölməsi lazımdır. Burada biz iDRAC-a daxil olmaq üçün IPv4 təyin edəcəyik.

4

Burada gördüyünüz kimi əgər NIC Disable vəziyyətdədirsə, bunu Enable edirik. Digər hissələri olduğu kimi saxlayırıq. “DNS DRAC Name” hissəsində istədiyimiz adı verə bilərik, mən olduğu kimi saxlayıram.

5

Enable DHCP bölməsində DHCP Disable vəziyyətə keçirdirik, bunu etməkdə məqsədimiz odur ki, biz iDRAC-a statik IP verəcəyik.

Daha sonra aşağıda “Back” düyməsinə sıxıb, bölmələr olan pəncərəyə qayıdırıq. Buradan isə “User Configuration” bölməsinə daxil oluruq.

6

Bu bölmədə uzaqdan serverə bağlanacaq istifadəçini təyin edirik, eyni zamanda kənardan bu istifadəçi serverə bağlanarkən hansı hüquqları olacaq, onları da seçə bilirik.

7

Daha sonra istifadəçi kompüterindən iDRAC üçün verdiyimiz IP-ni browser-ə daxil edirik və aşağıdakı pəncərə bizi qarşılayır.

Burada isə iDRAC üçün ayırdığımız istifadəçi adını və şifrəsini qeyd edib, daxil oluruq.

8

Bu məqaləmizdə serverə uzaqdan daxil olmaq üçün sazlamaları etdik. Ümid edirəm ki, yararlı məqalə oldu.

Dostlar, bu məqaləmizin də sonuna gəldik.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: rhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın