Android üçün pulsuz anti-cəsus proqramı
Hazırda yüzlərlə böyük kompaniyaların Android tətbiqləri Google Play tətbiq hostinqində yerləşdirilib. Bu app-larda da müxtəlif quraşdırma zamanı və ya təsvirdə göstərilməyən cəsus tipli viruslar olur. Bunlara misal olaraq bu yaxınlarda Yandex.Metro-nun mobil versiyasında tapılan cəsusu göstərmək olar. Bəzi məlumatlara görə Yandex onu öz tətbiqindən çıxartmayıb və bu araşdırılma sual altında qalmaqdadır. Amma İT mütəxəssislər tərəfindən aşağıda olan şəkildə göstərilən kimi müəyyən period ərzində, hər ~3 dəqiqədən bir Yandex bu sorğuları göndərir:
Sorğulara əsasən, yaxınlıqda olan wi-fi nöqtələrin mac ünvanları və onların sürətləri; clid, uuid и andoid_id identifikatorları şirkətin serverlərinə ötürülür. Bunların qarşısını “alan” GPS və ünvanların təyini proqramının deaktiv edilməsi belə bunun qarşısını ala bilmir.
Belə tətbiqlər yüzlərlədir, bunların qarşısını ƏS-nin parametrləri ilə almaq mümkün deyil. Bunun üçün də Privacy App adlı bir bütün cəsus kodlarını və baza məlumatlarını araşdıran tətbiq mövcuddur. SnoopWall kompaniyasının istehsalı olan bu anti-cəsus Bluetooth, GPS, WiFi, NFC, kamera və mikrofon kimi qurğuları istifadə edən proqram təminatlarını, tətbiqləri tapır. Beləliklə, anlamaq olar ki, hansı proqram lazımsız və ya heç ümumiyyətlə, aidiyyatı olmayan əlavələri işlədir.
Privacy App-ın yaradıcıları ümumi relizdən əvvəl onu Google Play-in 90 000-dən çox tətbiqində yoxlayıblar və bununla, müəyyən baza ziyanlı soft aşkarlayıblar. Bütün bu proses və əlavə/dəyişikliklər 14 ay ərzində yekunlaşdı. Yoxlanışın nəticəsində məlum oldu ki, Google Play kataloqunda olan tətbiqlərin 20%-i əsas əmri yerinə yetirməkdən əlavə – heç onlara lazım olmayan – informasiyanı tələb edirlər.
Əlavə olaraq bu proqram fon rejimində bütün tətbiqlərin təhlükəsizliyini qoruyur və yüklənmiş maliyyə ilə bağlı softları qiymətləndirməyə imkan verir. Bu da gələcək istifadəçilər üçün müsbət bir çıxış yoludur.
Bəs, siz yüksək kompüter istifadəçisi kimi hansı təhlükəsizlik tətbiqindən istifadə edirsiniz?