Active Directory Trust və Migration (3-cü hissə)
Hörmətli dostlar, bundan əvvəl iki məqalədə Active Directory Trust qurulumunu həyata keçirtdik, digər məqalədə ADMT qurmağı öyrəndik. İndi isə bu məqalədə istifadəçilərin ADMT ilə digər forestə köçürülməsini öyrənəcəyik. Daha ətraflı məlumat üçün digər iki məqaləni oxumağınız məsləhətdir.
Aşağıdakı şəkillərdə training.local və course.local domainləri var. Biz training.local üzərində olan istfadəçiləri qarşı tərəfə yəni course.local domainə köçürdəcəyik.
İndi isə Active Directory Migration Tool açırıq və User Account Migration Wizard açırıq.
Açılan pəncərəni “NEXT” düyməsinə sıxaraq, davam edirik.
Digər pəncərədə isə mənbə və hədəf domainləri seçirik.
Biz istifadəçiləri domaindən seçdiyimizə görə birinci seçimi edib, davam edirik.
Aşağıdakı pəncərədə istifadəçiləri əlavə edirik.
Daha sonra isə seçdiyimiz istifadəçiləri qarşı domaində hara köçürdəcəyimizi seçirik.
Növbəti pəncərədə istifadəçiləri fərqli şifrə təyin edə bilərik və yaxud onların öz şifrlərini qarşı tərəfə köçürdə bilərik. Bu məqalədə biz yeni şifrələrin avtomatik olaraq təyin olunmasını seçəcəyik.
Burada isə default necə gəlirsə, o cür saxlayıram. Bu pəncərədə biz istifadəçilərin köçdükdən sonra aktiv, deaktiv və yaxud olduğu kimi qalmasını təyin edə bilərik.
SID-lərin də köçməsini istəyiriksə, bu zaman aşağıdakı pəncərədə “YES” düyməsinə sıxaraq davam edirik.
Əvvəlki məqalədə ADMT istifadəçisi açmışdıq, burada həmin istifadəçi məlumatlarını daxil edirik.
Aşağıdakı pəncərələrdə isə default olduğu kimi saxlayırıq. Bu pəncərələrdə istifadəçilərin müxtəlif məlumatlarının köçməsini təyin edirik.
Sonra FİNİSH düyməsinə sıxıb, nəticəni izləyirik.
Course.local-a daxil olub, istifadəçilərin köçdüyünə tam əmin oluruq.
Xatırlayırsınızsa, şifrələrin dəyişilməsini seçmişdik. Bundan da əmin olmaq üçün şifrələri də yoxlayırıq.
İstifadəçiləri əvvəlki domain üzərində də yoxlayırıq.
Gördüyünüz kimi istifadəçiləri yeni domainimiz üzərinə köçürdük. Artıq yeni domaində köhnə istifadəçiləri istifadə edə bilərik.
Dostlar, bu məqaləmizin də sonuna gəldik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP