Röyal Əmrahov beynəlxalq sertifikat aldı və fikirlərini yeni başlayanlarla bölüşdü
Salam dostlar. Bu yaxınlarda qrupumuzun aktiv üzvlərindən ola Röyal Əmrahov Microsoft Certified Professional statusu alıb. Dostumuzu bu münasibətlə təbrik edərkən, bu sahəyə yeni başlayanlara və beynəlxalq sertifikat almaq istəyənlərə olan fikirlərini də öyrəndik. Mütəxəssisimizin fikirlərini sizlərlə bölüşürük.
“MCSA – Windows Server 2012 sertifikatını almaq üçün, ilk keçməli olduğumuz imtahan 70-410 (Installing and Configuring Windows Server 2012)-dir. Bu imtahan Server 2012 sertifikatının başlanğıc mərhələsi olduğu kimi həmçinin, Sizin Microsoft məhsulu olan “Windows Server 2012”-nin yüklənməsi və ilkin konfiqurasiyalarının həyata keçirilməsi üçün lazımi biliklərə sahib olduğunuzun bir göstəricisidir. İmtahan sonunda veriləcək seritifikat isə “MCP” (Microsoft Certified Professional) dır.
70-410 imtahanı zamanı verilən suallar çox da qəliz cavablar tələb etməməkdədir və server 2012-nin, server rollarının yüklənməsi, Hyper-V tənzimlənməsi , Active Directory qurulması və tənzimləmələri, Group Policy və şəbəkə tənzimləmələri mövzularını əhatə etməkdədir.
İmtahana hazırlaşmaq üçün ən unikal vəsait elə Microsoft tərəfindın təqdim olunan dərslikdir ki, onu da rəsmi səhifədən əldə etmək mümkündür: ” KEÇİD
Bundan əlavə technet.az potalı üzərində də bu mövzuları əhatə edən xeyli məqalə mövcuddur.
Bəs bu sertifikatlar Bizə nə verəcək?
İşinizin nə qədər ustası olursunuzsa olun, iş stajınız nə qədər çox olursa olsun bunun bir dəlili, göstəriləcək bir yanı olmalıdır mütləq. Microsoftun təqdim etdiyi sertifikatlar, Sizin biliyinizin bir göstəricisi və beynəlxalq səviyyədə təsdiq olunmuş bir nüsxəsidir . Odur ki, vaxt itirmədən hazırlaşmağa başlamaq olar. Hər kəsə Ugurlar.”
Röyal bəyə dəyərli fikirlərini bölüşdüyü üçün təşəkkür edir və bir daha təbrik edirik.
Uğurlarınız bol olsun, tezliklə yeni sertifikatlarınızı gözləyirik.