Server 2008 r2 Sp1-də VPN server haqqında
Server 2008 r2 – də Vpn server qurmuşam. 1 şəbəkə kabeli var serverdə.
Şəbəkə isə 192.168.1.0/24
Klientlər üçün ip aralığını məs : 10.0.0.5 – 10.0.0.15 verirəm serverdə…
Klientlər qoşulur vpnə heç bir problemsiz amma 192.168.1.0/24 olan şəbəkəni görmür .
Klientlər üçün ip aralığını ancaq məs : 192.168.1.47 – 192.168.1.55 versəm artıq şəbəkəni görürəm.
Lakin mən istəmirəm ki klientlər üçün 192.168.1.47 – 192.168.1.55 belə bir ip aralığı verim.
İstəyirəm klientlər üçün 10.0.0.5 – 10.0.0.15 aralıq verim.
Router kimi adi Tplink router modem durur.
Məncə problem routinglə bağlıdı lakin həll yolunu hələki tapmamışam. Təşəkkürlər
Baxılıb: 2133 dəfə
Bu sual SAP məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 6 )
Salam. Bəli TP-Link modemdə routing etməlisiniz yanılmıramsa aşağıdakı kimi etməlisiniz.
Sizin halınızda:
Destination İP Adress – 10.0.0.0
İP Subnet Mask – 255.255.255.0
Gateway İP Address – 192.168.1.1 ( TP-Link modemin IP nədisə o)
Ümid edirəm işləyər.
Elnur maraqlandığınız üçün çox sağolun.Ama eyni qayda da mən də etmişəm routing. Ama yenə də eyni
nəticə alınır…Cmd-də də routing add etmişəm alınmır
Cəlal bəy serverin ozündə routing edibsinizmi?
Beli serverin ozunde de eyni qayda ile routing etmishem
Jalal bəy salam,
serverin local İP sini və server və klient kompyuterlərdəki Route qaydasını yazsanız yaxşı olar. Siz rovayderin sizə verdiyi private İP ni VPN serverə yazırsız, ya VPN serverdən qarşıda modem var və modemdən VPN ə məxsus portlar NAT olunur?
Salam Elxan bəy . Modemdən VPN ə məxsus portlar NAT olunur..Modem-də routing qaydası yuxarıda şəkildə gostərdiyim qaydada routing etmişəm..Serverdə isə həmin qaydada İP4 routing table-də routing əlavə etmişəm