Google Chrome-un 3 bilmədiyiniz funksiyası
Bu məqalədə, siz Google Chrome brauzerindən məhsuldar istifadə etmək üçün bir neçə funksiyanın istifadəsini və quraşdırılmasını/aktiv edilməsini öyrənəcəksiniz. Öncə onu xatırlatmaq istəyirəm ki, günü-gündən yenilənin Chrome genişləmələri praktiki olaraq hər bir funksiyanı yerinə yetirmək və ya yaratmağa imkan verir.
- Genişləndirmələr üçün “Qaynar klavişlər”
Əgər siz mausdan istifadə etməyərək klaviatura ilə müxtəlif əməliyyatları yerinə yetirməyi xoşlayırsınızsa, onda Google Chrome brauzeri məhz sizin üçün bu funksiyanı aktivləşdirib. Bununla, siz istədiyiniz, “Qaynar klavişləri” əlavə edə və genişləndirmələrə istədiyiniz parametri təyin edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirmək üçün chrome://extensions ünvanına keçib səhifənin lap aşağı-sağ hissəsində, dildən asılı olaraq “Быстрые клавиши” və ya ingilis dilində “Shortcuts” düyməsinə klikləyin.
- Müxtəlif səhifələri PDF formatda yadda saxlama
Bəzən müxtəlif sənəd işlərinə və ya digər lazımi hallara görə səhifələri xüsusi bir faylda saxlamaq gərəkir, bu zaman Google Chrome-un HTML faylda saxlama üsulu bir qədər çətinlik yaradır, buna görə də çap üsulu bir qədər daha asan və kompaktdır. Səhifələri PDF formatda yadda saxlamaq üçün Ctrl+P klavişlərindən istifadə edin. Açılan yeni səhifədə isə “Принтер” hissəsindən “Изменить” düyməsi ilə “Сохранить как PDF” parametrini aktivləşdirin, daha sonra “Сохранить” düyməsi ilə PDF faylı yaddaşa verin.
- Notepad
Google Chrome-da ən yaxşı əlavələrdən biri də Notepad funksiyasıdır. Bu funksiya vasitəsilə siz istədiyiniz qeydləri brauzerdə edə bilərsiniz. Bunun üçün data:text/html,<html contenteditable> sətrini ünvan hissəsinə əlavə edin və istifadəyə başlayın. Hər dəfə yenidən bu ünvanı yazaraq keçməmək üçün onu əlfəcinlərə əlavə edə bilərsiniz (yuxarı sağ hissədə olan 5 güşəli ağ rəngdə olan ulduz).
Bu funksiyalar sizin məhsuldarlığınız üçün çox vacibdir. Çünki sürətli iş zamanı qısa vaxt itkisi növbəti dəqiqələri dəyərsiz edə bilər.
Dəyərli və məhsuldar gün arzusu ilə,
Mirzə İskəndərov
Şərhlər ( 4 )
Maraqlı məlumat üçün təşəkkür edirəm.
Buyurun, Araz bəy!
tewekkurler maraqli melumat oldu menim ucun
Əvvəlki məqalələrimə də baxmağı unutmayın, Yeni yazılarım isə daha da maraqlı olacaq! 🙂