Camtasia (İnvalid Drive)

Salam Dostlar

Camtasia proqramını yükləmək isdiyirəm ama ekrana bu yazı gəlir

 2015-03-28_15-07-39

bu nə problemindən qaynaqlanır sizcə? necə həll edə bilərəm?

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 1419 dəfə


Bu sual SQL Server 2012 Avtomatik Ehtiyat Nüsxə Yaratmaq məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 2 )

  1. Dostlar cavabını özüm tapdım deməli diskdən müəyyən bir yaddaş həcimini sili həmin yaddaşdan yeni B diski yaradırıq sonra istədiyimiz proqramı həmin diskə yəni yazanda problem çıxan diskə yenidən yükləyirik. bu zaman yükləir normal sonra yaratdıqımız B diskini silib yenidən köhnə diskinin yaddaşıyla birləşdiririk

     

  2. Salam Tural bəy,

    İnstaller xətası bir çox proqramı quraşdırarkən baş verə bilər.

    Qeyd: Aşağıdakı həli tətbiq etməmişdən öncə, Registry-nin nüsxəsini almağı unutmayın. Bunu necə etmək olduğu KEÇİD-də göstərilib.

    1. Start-dan Run – açın (Və ya Windows + R düymələrini basın).
    2. Açılan pəncərəyə regedit yazın və OK deyin.
    3. Registry Editor-da aşağıdakı sətiri tapın:
      HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Shell Folders
    4. Sağ sütunda, Data bölməsində sizin bilgisayardaolmayan partition hərfi varsa, üzərində sağ düymə açın,  Value data bölməsinə c:\my documents yazın, və ya hərfi sistemin olduğu partition hərfi ilə əvəzləyin. (adətən C olur) OK düyməsini basaraq davam edin.  reged
    5. 4-cü addımı Data bölməsində səhvlik olan bütün cərgələr üçün təkrar edin.
    6.  

      3-cü addımdan 5-ə qədər ardıcıllığı aşağıdakı registry key-lər üçün də tətbiq edin:

      • HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\User Shell Folders
      • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion
      • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Shell Folders
      • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\User Shell Folders
    7. Registry Editor-u bağlayın və proqramı yenidən yükləyin.

    Uğurlar.

     

Cavab yazın