PC qoşduqda (reboot and select proper boot device or insert boot media in selected boot device and press a key)

Salam Dostlar

Kompyuter qoşduqda ekrana (reboot and select proper boot device or insert boot media in selected boot device and press a key) bu yazı gəlir bunu necə həll edim

qeyd edim ki Windows 7 sistemidi.

Səs: +10. Bəyənilsin Zəifdir

Baxılıb: 3529 dəfə


Bu sual Samsung Android mühafizə məqaləsinə sual olaraq verilmişdir.

Cavablar ( 24 )

  1. Salam Tural bəy, Əməliyyat sistemi işə düşə bilmir. Bu problem nədən sonra yaranıb?

    Səbəbdən həddindən artıq çox ola bilər. Bilgisayar işə düşür və əməliyyat sistemini çalışdırmağa cəhd edir amma Əməliyyat sisteminin yerləşdiyi diski tapa bilmir.

    1. Ola bilər ki, hard diskin kabeli taxılmayıb
    2. BİOS-da First BOOT device dəyişdirilbsə, məsələn DVD ya da USB təyin edilibsə, bu problem ortaya çıxa bilər.
    3. BİOS-u update etmək laızm gələ bilər
    4. CMOS batareyasının işləməməsindən bu problem yarana bilər və s.
    5. Ola bilər ki, Hard disk taxılıb sadəcə bütün əməliyyat sistemi formatlanıb, və boot edilmək üçün ƏS ümumiyyətlə yoxdur.

  2. kompyüter yeni hazırlanıb arada normal çalışır ama arada görürsən belə yazı gəlir bilmirəm nədən ola bilər

  3. siz nə etməyi məsləhət görürsüz

  4. Salam Tural bəy,

    Komputerə yeni qurğu əlavə etmədiyinizə əmin olun (son dəfə məndə belə xəta kifayət qədər güclü komputerə şəbəkə kartını əlavə edəndə çıxmışdı, şəbəkədən boot axtarırdı və ƏS-ni görmürdü). bundan əlavə komputerdə taxılı qalan xarıcı yaddaş qurğularini yoxlayın (Flashcard və s.). HDD-yə qoşulu olan kabellərin tam taxılı olduğunu yoxlayın (çıxarıb yenidən taxın). KOmputer kohnedirsə CMOS batareyasını dəyişməyi yoxlayın. BİOS ayarlarını dəyişmisinizsə “default”-a çəkərək yoxlayın, diqqətdən qaçırmış olduğunuz ayar ola bilər.

    Təşəkkürlər.

  5. Salam. Araz bəyin də dediyi kimi bu məsələnin bir çox səbəbi ola bilər.  Hələlik Hard diski anaplataya bağlayan SATA kabelin qoşulduğu portu dəyişə bilərsiniz. Və hard disk qoşulma kabellərini bərkidərsiniz. Əgər hələdə bu problem davam edəcəksə o zaman hissələr yoxlanmalıdır.

  6. Dostlar kompüter yeni yığılıb və süper sistemə malikdi. hansısa model köhnə deyil.

    sadəcə şünürlara baxacam bəkə yaxşı taxmayıb usta ama inanmıram bundan olsun

    • Bilgisayarı söndürdükdən sonra, hard diskə gələn sata və elektrik kabelini çıxardıb ehmalca yerinə taxın. Nəzən o kabeller bəziləri istehsalat zamanı zay çıxır. Əgər problem yenə davam edərsə, kabeli dəyişdirin, məsələn DVD optik oxuyucu varsa, onun SATA kabelini çıxardıb, Hard Diskə taxıb yoxlayın, bununla ən azından problemin kabeldə olub olmadığından əmin olmaq olar, təbii ki, əgər o DVD problemsiz işləyirdisə, eləcə də taxtıdığınız portları da dəyişib yoxlayın. Bilgisayar işlək vəziyyətdə bu kabelleri çıxardıb taxmayın, cərəyan bilgisayarınızın müxtəlif hissələrini sıradan çıxarda bilər. Ona görə söndürüb, elektrik cərəyanından tam ayırdığınıza əmin olduqdan sonra bu işi görün.

  7. söndürdüm sonra şunurları çıxarmaq istədim sistem SDD yazılmışdı ssdyə daxil olan şunurların 1ni çıxarıb taxdım digəri bilmirəm kleynənibdi nədisə çıxmadı bir yolu var gərək kəlbətinlə sökəsən 🙂

  8. Kabellerin qoşulan hissəsində başlığın yanında dəmir olur, onu basıb sonra çıxarmaq lazımdır. O “düymə” basılmazsa çıxmır, təhlükəsizlik üçündür ki, boşalıb çıxmasın. Əməliyyat Sistemi SSD-ə yazılıbsa, o zaman elə onu çıxardıb yenidən taxın. Düzəlməzsə, Kabeli dəyişib yoxlayın.

  9. Dostlar deməli SSD-nin toklarını çıxarıb yenidən qoşdum.

    ama PC-ni yandırdıqda yenə həmən yazı gəldi.

    keçək 2ci varianta. indi hansı işi görsək yoxlaya bilərik?

    • Əgər ana plataya SSDi birləşdirən kabel salamatdırsa və o kabel düzgün birləşdirilibsə, BİOS-a girib first boot-da hansı mənbənin olduğunu yoxlayın. SSD-i birinci yerə çəkin. Yoxlayın əgər yenə boot etməzsə, yeni əməliyyat sistemi yazmağı tövsiyyə edəcəm.

      Yeni əməliyyat sistemi yazmamışdan qabaq isə SSD firmware-nin son olduğuna əmin olun, deyilsə, istehsalçının saytından firmvare update toolu yükləyib SSD-i yeniləyin. Yenilədikdən sonra yeni əməliyyat sistemi qurun.

  10. Bir daha salam. Ola bilər ki, Sizin enerji blokunuzda ya problem var ya da sistemi tam olaraq enerji ilə təmin edə bilmir. Əgər imkan varsa onu yoxlayın. İlkin olaraq bu problemlə üzləşən zaman enerji blokunun soyutma pərinin fırlanıb fırlanmadığına diqqət edin. Əgər imkan varsa başqası ilə əvəz edib yoxlamaq olar. (ehtimallardan biri)

  11. Salam. Əməliyyat sistemmini sil və yeniden qur, formatla yəni.

    Soft tərəfdə yaranmış problemlərdəndə qaynaqlana bilər bu problem.

  12. Araz bəy siz dediklərinizi etdim ama elə həmin ki problem arada yenə gəlir.

    dediyiniz  SSD firmware bu hansı bölmədə olur?

    • Arada?
      Əgər problem gah olur gah olmursa, iki variant gəlir ağıla.

      1. Kabeldə boşluq var, kabel nasazdır, portda boşluq var ya da port nasazdır ki, kefinə düşəndə olur bu problem.
      2. BİOS-da 1-ci sırada SSD seçilməyib. Ondan öndə USB və ya hər hansı optik oxuyucu var və USB qoşulu qalırsa, optik oxuyucuda disk varsa, növbəti restart zamanı bilgisayar həmən USB və ya digər disk oxuyucusundan boot etməyə çalışır və boot ediləcək heç nə tapmadığı üçün bu problemi verir.

       

      SSD firmware -dən qaynaqlanan problem olsa idi, əməliyyat sistemi işə düşə bilməzdi və hər dəfə bu problemi çıxardardı, siz isə qeyd etdiniz ki, hərdən olur hərdən yox.

  13. mən sistemi normal çalışdırıram hər şey normal işdiryir açılanda. proqramları qururam silirəm başqa fayıllar transfer edirem 1000cür funksiya edirəm hər şey qaydasındadı ama yegane problem odur ki bəzən açılanda bu yazı gəlir bəzənsə yox.

    Biosda oot menyusunda SDD-di yaddaş 1ci yerdədi 2ci isə CD DVD di

     

    bidə başqa probemlə qarşılaşdım format eləmək isdiyirəm diski qoşub format pəncərəsi açılır sadəcə ilk olaraq sistein hansı dildə olmaqını ayarlayanda uje başdıyır ayarlamaq olmur yəni maus və qlaviatura işləmir usb yerləri işləmir belə halda

  14. ama dediyiniz portda boşluq var məsələsini anlamadım nə portu?

  15. şunurları hansı yolnan yoxlaya bilərəm sizcə işdiyib işdəmədiyini bilim yenisini alaram birdə problem şunurda olmaz

     

  16. Tural bəy, əgər bilgisayarı yeni almısınızsa və qarantiya müqaviləniz varsa, tövsiyyə edirəm ki, vaxt itirmədən texniki servisə yaxınlaşasınız.

    Özünüz bu şəkildə problemləri aradan qaldırmağa çalışmayın məncə.

    Port dedikdə, ana plata üzərində həmən sata kabelin qoşulduğu yuvanı nəzərdə tuturam.

    Disklə ana plata arasında əlaqə itməlidir, ana plata diski görməməlidir ki, bu problemi versin ekrana.

    Yazdığınız Əməliyyat Sistemi diskini dəyişib yoxlamağa da cəhd edin. Bəlkə də yazdığınız İSO-da problem var.

  17. Salam Dostlar dünənləri bu problemi yaxşıca araşdırdım. bəzi dəyişiklikləri elədim formatda elədim. indi normal işdiyir ama hələ dəqiq deyil problemin həll olunması. dünən bu günə hələki heç bir problem yaranmadı. şükürlər olsun.

    Hamınıza Minnətdaram xüsusəndə Araz bəyə.

  18. Bir şey deyil :)

    Əgər məsələ həll olunsa, tətbiq etdiyiniz üsulu burada paylaşmanızı rica edəcəm, biz də bilək görək problemi necə həll etdiniz, gələcəkdə bu sualı və cavabları oxuyanlara da xeyri dəymiş olar.

  19. problem yəqin ki sistemdə idi iso faylına belə ki bilirsiz məndə format zaman qlaviatura və maus işləmirdi girdim biosa orda boot menyusundan 1ci yerdə SDD yadaşı saxladım həmişə ki kimi 2ci boot optionda isə (usb cd dvd) seçimini elədim bundan əvvəl usb deyildi. sonra normal format elədim  indi hər şey qaydasındadı normal hətda deyərdim mənə verilən ilk veriləndən ən sürətli işdiyir. çün ki mnə veriləndə proqramları ölçdüm nə qədər vaxta açılır təzə gələndə Autocad proqramını yüklədim normal işdiyirdi 6 saniyəyə açılırdı indi 2.73 , 3 saniyəyə açılır daha sürətlidi.

    bidə mənə demişdilər ki fast boot söndürüm ondada belə bir problem olur deyirlər.

  20. Salam. Sevndim məsələnin həll olunmasına, ama nə üçün mənim cavabım həll olaraq seçilməyib ? 🙂
    Müzakirələr uzun və çox yararlıdır, bu problemlə qarşılaşan bütün dostlarımıza kömək olacaqdır.

    Cığalllıq etmətin dəqiq həll yolu təklifimi qeyd edin :)…

  21. Salam Vüsal bəy sizin cavablarınızda əlbəttə yararlı idi. üzürlü hesab edin ola bilər biraz diqqətsizlik oldu 🙂

Cavab yazın