Gizli fayllar
Salam,
Dünən normal olan kompyuterdə bu gün sırf bir qovluqda faylları tapa bilmirəm.Həmçinin gizli fayllarıda göstər funksiyasıda işləmir. Win 7. problem neden olar?
Baxılıb: 2554 dəfə
Bu sual İstifadəçi profil redaktoru məqaləsinə sual olaraq verilmişdir.
Cavablar ( 3 )
Salamlar, Problemin ilkin cavabı virusdan ola bilər. Zəhmət olmasa aşağdakı metodu yoxlayıb xəbər edin. Start-RUN- regedit HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced Hidden dəyəri 1-ə çəkirik http://www.technet.az/wp-content/uploads/2015/02/Hidden.jpg
Uğurlar
Salamlar, Problemin ilkin cavabı virusdan ola bilər. Zəhmət olmasa aşağdakı metodu yoxlayıb xəbər edin. Start-RUN- regedit HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced Hidden dəyəri 1-ə çəkirik http://www.technet.az/wp-content/uploads/2015/02/Hidden.jpg
Uğurlar
Əlavə olaraq, cmd-ni açaraq faylların görsənmədiyi diskə keçib “attrib /d/ s/ -h -r -s” əmrini icra edə bilərsiniz.
Toğrul bəy, salam.
Elgüc bəyin qeyd etdiyi kimi, ilkin səbəblərdən biri virus ola bilər. Bu problem həll etmək üçün aşağıdakı ardıcıllıqla gedərək, problem həll etməyə çalışın.
1) Bilgisayarınızı viruslardan qorumaq və ya təmizləmək üçün Antivirus quraşdırın.
2) Əgər antivirusunuz varsa 1-ci bəndi ötürüb, antivirusunuzu Update edərək davam edin.
3) Antivirusla bilgisayarınızı tam olaraq yoxlayın, virus tapılsa onları silib, bilgisayarı yenidən başladın.
4) Keçiddəki utility endirin. Utilitin File bölməsindəki System restore funksiyası ilə virus tərəfindən qadaqa olunmuş özəllikləri geri qaytarın. Bundan sonar gizli faylları göstər funksiyası aktiv olacaq. https://support.kaspersky.com/common/service.aspx?el=1698#block1
5) Aşağıdakı məqalədə göstərilən qaydalarla artıq gizlədilmiş faylları “gizlilik”-dən çıxarın.
http://www.technet.az/2013/05/08/viruslarin-gizl%c9%99tdiyi-fayllarin-normal-hala-salinmasi/
Uğurlar.
Qeyd: Bu həll işinizə yarasa, cavabı qiymətləndirməyi və paylaşmağı unutmayın.