İstifadəçinin İşçi qovluqlarının daşınması

Salam dostlar. Deməli belə bir problemlə üzləşmişəm. AD olan serverimdə bir papka yaratdım və bu papkanı Share eledim icazələr falan verdim. Və bundan sonra AD-dəki yaratdığım Userlərdən birinin özəlliyinə girib Profile bölməsində Z papkası yaratmaq istədim və connect olan bolmədə Z hərfini seçdim daha sonra Share olunmuş papkanın ünvanını yazdım Ok vurandan sonra bu şəkildə error çıxdı. Sizcə bunun səbəbi nə ola bilər?

folder

 

 

Səs: 0. Bəyənilsin Zəifdir

Baxılıb: 929 dəfə

Cavablar ( 3 )

  1. Salam.
    Əgər yaratdığın qovluğda bütün icazələri düzgün vermisənsə (Paylaşım (Share) və Təhlükəsizlik (Security) icazələrini) Home Folder yönləndirdiyin yerdə PDC\\İstfadeciler -in sonuna %username% artır, yəni PDC\\istifadeciler\%username% – problem həll olunacaq. %username% əlavəsi həmin qovluqda həmin istifadəçinin adına uyğun bir qovluq da yaradır ki, bu da bizə istifadəçiləri tanımaqda yardımçı olur.

    • Alındı. İstifadəçilərdə görünür Z papkası. Amma bu qovluğa girmək olmur “Acces denied” yazılır

    • Əla. Alındı. Deməli, paylaşılmış (Share) qovluğa İcazələrdə (Permission) istifadəçilər adlı qrupu ələvə elədim və qovluğa giriş icazəsi var artıq. Çox sağ ol Elvin bəy

Cavab yazın