Microsoft Management Console could not create snap-in

Salam!

Windows Server 2008 R2-də Server manager və ya digər idarəetmə consollarını açan zaman şəkildəki xəta ilə rastlaşıram. Serverdə İİS rolu quraşdırılıb və hal-hazırda istifadə olunur. Problem Visual Studio 2010 serverdən silindikdən sonra baş verib. Forumlarda yazılan bəzi əməliyyatları etmişəm. Bir çoxunda C:\Windows\Microsoft.NET\Framework64\v2.0.50727\CONFIG ünvanında olan  machine.config faylının adının dəyişdirilməsi məsləhət görülür. Mən faylın adını dəyişdikdə consollar normal açılır, lakin İİS sazlanılmış saytlardan istifadə zamanı xətalar baş verir. Net Framework 3.5-i silib yenidən də yükləmişəm. Yenə də problem aradan qalxmır.

mmcsnapinn

Səs: +20. Bəyənilsin Zəifdir

Baxılıb: 818 dəfə

Cavab yazın