Lync Server 2013 Mobility Service
Salam dostlar, Lync 2013-də həm daxili, həm də xarici qoşulma üçün mobility servisini qurmaliyam, amma əvvəlcə lab-da sınaqdan keçirmək qərarında gəldim.
Lab üçün ayrıca fiziki server ayırmışam.
Real şəbəkədə gateway TMG-dir. Şəbəkənin network-ü 192.168.1.0-dır.
Lab-da network 10.1.1.0
DC(DNS,CA) – 10.1.1.1 ( virtual adaptor internal)
Exchange 2013 – 10.1.1.2 ( virtual adaptor internal)
Lync 2013 (standard) – 10.1.1.7
TMG – 10.1.1.10 (internal), 192.168.1.92 (external)
Lync mobility servisi üçün DMZ-də Lync Edge server qurulmalıdır. Edge Serverin iki adaptoru (internal, external) olmalıdır. Göründüyü kimi lab-da TMG-ni edge firewall kimi qurmuşam və externalı real daxili şəbəkəmdir. Ona görə də bu topologiyada edge server qura bilmirəm, çünki DMZ yoxdur.
Belə başa düşdüm ki, TMG-də ya 3-leg, ya da back firewall seçməliyəm ki, edge qura bilim.
Nə cür sazlamanı məsləhət görürsüz?
Baxılıb: 1021 dəfə
Cavablar ( 1 )
TMG-ni dmz olmasa belə istənilən 2 şəbəkə arasında qura bilərsən,
tmg- nin şərti external interface-inə qoşulma üçün url-ləri yönləndirərsən, digər interface-ini isə lync serverlərinə müraciətlərə istifadə edərsən. TMG daxilində lync serverə müraciətləri daxili interface-dən route yazmaqla, external qoşulmanı test edəcəyin hosta rout-u isə external interface-dən yazmaqla istədiyin mühiti yaradarsan,
DMZ zonanın xüsusi bir öhtəliyi yoxdur qeyd etdiyin sistemdə, TMG-nin iki interface-inin olması sənin testlərin üçün gərək olan tək şərtdi.
Lync-in dediyin topologiyada qurulmasında şəbəkə admin kimi iştrak etmişəm.