1c V7 font problemi
Salam dostlar,
Aranızda 1c (mühasibat proqramı) proqramından anlayan varmı? Əslində problem 1c-dən qaynaqlanır, yoxsa başqa bir şeydən onu da bilmirəm. Demək belə: Userlərin birinin kompüterində 1c v7 qurulu idi. Formatdan sonra proqramı yükləyirəm bazanın yerini (path) göstərirəm proqram açılır. Amma proqramdakı yazılar düzgün görünmür. Yəni ki, yazılar rus əlifbası ilə olduğundan menyular oxunmur. Bunun bir həllini bilirdim mən, o da regional settingsdən unicode language russian etməkdir. Bunu etmişəm, amma yenə yazılar oxunmur. Rus saytlarından bir iki şey oxudum, onları edəcəm. Yəqin ki, həll olunacaq. Sadəcə bura yazıb bilmək istədim görüm sizdən başqa bir təklif ala bilərəmmi və ya kiminsə başına gəlibmi belə bir şey. Öncədən hər kəsə təşəkkür !!!
Baxılıb: 1632 dəfə
Cavablar ( 1 )
Salam Ruslan bəy.
Sizdə əməliyyat sistemi hansıdır? Məndə işdə belə hallar olub, Windows XP-də , “Regional language” hissəsində bir neçə yerdə rus dilin seçəndən sonra düzəlib. Siz “Regional language”-də tək Unicod hissəsində deyil digər hissələrdə də növbəylə rus dilin seçib yoxlayın.